Rəsmi xronika
İlham Əliyev Nikola Sarkozini qəbul etdi (YENİLƏNDİ)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 15-də ölkəmizdə səfərdə olan Fransa Respublikasının sabiq Prezidenti Nikola Sarkozi ilə görüşüb.
Publika.az xəbər verir ki, Nikola Sarkozi bir neçə il bundan əvvəl Azərbaycana səfərindən ötən dövr ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə Bakıda həyata keçirilən böyük quruculuq və abadlıq işlərinin şahidi olduğunu dedi və bütün bu inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını qeyd etdi.
Prezident İlham Əliyev xoş sözlərə görə minnətdarlığını bildirdi.
Söhbət zamanı Nikola Sarkozinin 2007-2012-ci illərdə Fransanın Prezidenti olduğu dövrdə Azərbaycan-Fransa münasibətlərinin möhkəmləndiyi vurğulanıb, bir çox sahələrdə əlaqələrimizin böyük inkişaf yolu keçdiyi qeyd edilib. Azərbaycan Prezidenti və Nikola Sarkozi öz aralarında keçirilən görüşləri məmnunluqla xatırlayıblar. Qeyd olunub ki, həmin dövrdə təhsil sahəsində əməkdaşlığın yeni çərçivələri məhz Prezident İlham Əliyev və Nikola Sarkozinin birgə səyləri nəticəsində mümkün olub. Bakıda hər iki Prezidentin iştirakı ilə Fransız liseyinin təməlinin qoyulması əlamətdar hadisə kimi dəyərləndirilib. Həmin illərdə yüksək səviyyəli siyasi əlaqələrin möhkəmlənməsi nəticəsində bir çox fransız şirkətləri Azərbaycanda fəaliyyətə başlayıb və ya öz fəaliyyətini genişləndiriblər.
Nikola Sarkozi ona göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib. Prezident İlham Əliyev, öz növbəsində, Nikola Sarkozini yenidən Azərbaycanda görməyindən məmnun olduğunu ifadə edib.
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı