Rəsmi xronika
Prezident: "Gənclərin həyatda layiqli yer tutmaları üçün Azərbaycanda bütün şərait var"
"Forum çox möhtəşəm bir tədbir idi. Orada toplaşmış 3500 gənc öz iradəsini, dövlətə olan sədaqətini göstərdi. Forum məndə çox böyük təəssürat yaratdı. Yəni, mənə çox böyük, gözəl təəssürat bağışladı. Bir daha gördüm ki, Azərbaycan gəncləri dövlətə, Vətənə nə qədər sədaqətlidir, nə qədər cəsarətlidir, nə qədər biliklidirlər".
Publika.az xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Real TV-yə müsahibəsində deyib.
Dövlət başçısı bildirib ki, gənclərin gələcəkdə həyatda layiqli yerini tutmaları üçün bu gün Azərbaycanda bütün şərait var. Gənclər üçün imkanlar açılır, gənclər dövlət işinə dəvət olunurlar. Mən göstəriş vermişəm ki, Azərbaycanın müxtəlif təşkilatları, dövlət qurumları könüllüləri işə cəlb etsinlər. Yəni, təkcə “ASAN”da yox, başqa qurumlarda, indi Aqrar Könüllülər Təşkilatı yaradıldı. Hesab edirəm ki, bizim bütün dövlət təşkilatlarında könüllülər fəaliyyət göstərməlidirlər, təcrübə qazanmalıdırlar və özlərini gələcəyə hazırlamalıdırlar.
Mən çıxışımda gənclərə öz sözümü dedim. Dedim ki, əlbəttə, bilikli, savadlı olmalıdırlar. Çünki hər bir ölkənin inkişafı vətəndaşların intellektual səviyyəsindən asılıdır, təbii sərvətlərdən yox, hansısa başqa qaynaqlardan yox, məhz intellektual səviyyədən. Baxın, inkişaf etmiş ölkələrin təcrübəsinə. Onlar nəyin hesabına inkişaf ediblər? Texnologiyaların, innovasiyaların, biliyin, savadın. Ona görə Azərbaycan gəncləri də mütləq bilikli, savadlı olmalıdırlar. Eyni zamanda, mən forumda da bunu dedim, gənclərimiz milli ruhda tərbiyə almalıdırlar. Biz əsrlər boyu başqa ölkələrin, imperiyaların tərkibində yaşamışıq, ancaq öz milli mənliyimizi qorumuşuq. Halbuki bu, çətin idi. Nəyin hesabına? İlk növbədə, ona görə ki, biz həmişə milli-mənəvi dəyərlərə sadiq olmuşuq, həmişə Azərbaycan dəyərlərini qorumuşuq. Bunu əsrlər boyu ən əlverişsiz mühitdə qorumuşuq, bu gün də qorumalıyıq. Bunu qoruyan nəsillərdir - yaşlı nəsil, gənc nəsil. Bu gün biz bunu qoruyuruq və Azərbaycanın müstəqilliyinin, xalqımızın milli maraqlarının keşiyində durmuşuq. Bax, bu gün yetişən gənclər gələcəkdə eyni addımları atmalıdırlar. Bunu etmək üçün onlarda milli təfəkkür, milli düşüncə, milli ruh olmalıdır. Biz çalışırıq gəncləri bu istiqamətə yönləndirək ki, onlar böyüyəndə həmişə Azərbaycanın dövlət müstəqilliyinin keşiyində dursunlar. Ona görə hesab edirəm ki, bilik, savad, müasirlik, vətənpərvərlik, milli ruh gənclərimizin əsas prinsipləri olmalıdır. Mən şadam ki, Azərbaycan gəncləri məhz bu meyarlara cavab verirlər".
-
Cənubi Qafqaz13:30Avropa anti-Azərbaycan missiyasından sonra İrəvana nə göndərir? - Detallar
-
Nida Xəbər 11:05Əli Əsədov sərəncam imzaladı
-
Nida Xəbər 10:06196 ölkədə axtarılan İnqilab Babayev belə ələ keçirildi - VİDEO
-
İdman10:00Qalmaqallı futbolçu yeni sevgili tapdı: Özündən 14 yaş kiçikdir - FOTOLAR
-
Dünya09:48Qalmaqal: Tərcüməçi Zelenskinin çıxışından sonra söyüş söydü
-
Maraq dünyası09:1223 aprelə qədər "Şans üçbucağı"nda olan 3 bürc
-
Dünya08:48Yoxa çıxan helikopter tapıldı - Göyərtədə olan hər kəs...
-
Magazin106:16Oğlu efirə gəlib sürpriz etdi

















.jpg)
.webp)






.webp)












