Rəsmi xronika
Bəzi Dövlət komissiyalarının tərkibi dəyişdirildi - SƏRƏNCAM
Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında quş qripi xəstəliyinin qarşısının alınması və bu sahədə bütün qurumların birgə fəaliyyətinin əlaqələndirilməsi üzrə Dövlət Komissiyasının yaradılması haqqında” 2006-cı il 16 fevral tarixli 1320 nömrəli, “Magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində inşa edilmiş yaşayış evləri və digər tikililərlə bağlı məsələlərin tənzimlənməsi məqsədi ilə komissiya yaradılması haqqında” 2012-ci il 27 iyun tarixli 2307 nömrəli, “Azərbaycan Respublikasında müasir Neft-Qaz Emalı və Neft-Kimya Kompleksinin yaradılması ilə bağlı Komissiyanın təşkili haqqında” 2013-cü il 2 aprel tarixli 2828 nömrəli, “Bakı şəhərində yağış kanalizasiya sisteminin təkmilləşdirilməsi ilə əlaqədar işçi qrupunun yaradılması haqqında” 2016-cı il 11 noyabr tarixli 2432 nömrəli və “Su anbarlarının istismar vəziyyətinin yaxşılaşdırılması ilə əlaqədar Dövlət Komissiyasının yaradılması haqqında” 2016-cı il 14 noyabr tarixli 2434 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.
Sərəncama əsasən, “Azərbaycan Respublikasında quş qripi xəstəliyinin qarşısının alınması və bu sahədə bütün qurumların birgə fəaliyyətinin əlaqələndirilməsi üzrə Dövlət Komissiyasının yaradılması haqqında” Azərbaycan Prezidentinin 2006-cı il 16 fevral tarixli sərəncamının 1-ci hissəsi ilə yaradılmış Dövlət Komissiyasının tərkibi aşağıdakı redaksiyada verilir:
“Dövlət Komissiyasının sədri
Azərbaycan Respublikası Baş nazirinin birinci müavini
Dövlət Komissiyasının üzvləri
Azərbaycan Respublikası Prezidentinin ərazi-təşkilat məsələləri
üzrə köməkçisi‒şöbə müdiri
Azərbaycan Respublikası Prezidentinin aqrar siyasət məsələləri üzrə
köməkçisi‒şöbə müdiri
Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri
Azərbaycan Respublikasının iqtisadiyyat naziri
Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri
Azərbaycan Respublikasının maliyyə naziri
Azərbaycan Respublikasının fövqəladə hallar naziri
Azərbaycan Respublikasının səhiyyə naziri
Azərbaycan Respublikasının daxili işlər naziri
Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin sədri
Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin rəisi
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin
sədri
Azərbaycan Respublikası xarici işlər nazirinin müavini
Azərbaycan Respublikası səhiyyə nazirinin müavini
Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar
Xidmətlər Agentliyinin direktoru.”.
“Magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində inşa edilmiş yaşayış evləri və digər tikililərlə bağlı məsələlərin tənzimlənməsi məqsədi ilə komissiya yaradılması haqqında” Azərbaycan Prezidentinin 2012-ci il 27 iyun tarixli sərəncamının 1-ci hissəsi ilə yaradılmış Komissiyanın tərkibi aşağıdakı redaksiyada verilir:
“Komissiyanın sədri
Azərbaycan Respublikası Baş nazirinin birinci müavini
Komissiyanın üzvləri
Azərbaycan Respublikası Prezidentinin iqtisadi məsələlər üzrə
köməkçisi‒şöbə müdiri
Azərbaycan Respublikası Prezidentinin hüquq mühafizə orqanları ilə
iş və hərbi məsələlər üzrə köməkçisi‒şöbə müdiri
Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə
köməkçisi‒şöbə müdiri
Azərbaycan Respublikası Prezidentinin aqrar siyasət məsələləri üzrə
köməkçisi‒şöbə müdiri
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının
Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin
müdiri
Azərbaycan Respublikasının daxili işlər naziri
Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək
texnologiyalar naziri
Azərbaycan Respublikasının ədliyyə naziri
Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri
Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin
sədri
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti
“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti
“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri.”.
Bundan başqa, “Azərbaycan Respublikasında müasir Neft-Qaz Emalı və Neft-Kimya Kompleksinin yaradılması ilə bağlı Komissiyanın təşkili haqqında” Azərbaycan Prezidentinin 2013-cü il 2 aprel tarixli sərəncamının 1-ci hissəsi ilə təşkil edilmiş Komissiyanın tərkibi aşağıdakı redaksiyada verilir:
“Komissiyanın sədri
Azərbaycan Respublikası Baş nazirinin birinci müavini
Komissiyanın üzvləri
Azərbaycan Respublikası Prezidentinin iqtisadi məsələlər üzrə
köməkçisi‒şöbə müdiri
Azərbaycan Respublikasının maliyyə naziri
Azərbaycan Respublikasının iqtisadiyyat naziri
Azərbaycan Respublikasının energetika naziri
Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri
Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin
sədri
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı.”.
Həmçinin “Bakı şəhərində yağış kanalizasiya sisteminin təkmilləşdirilməsi ilə əlaqədar işçi qrupunun yaradılması haqqında” Azərbaycan Prezidentinin 2016-cı il 11 noyabr tarixli sərəncamının 1-ci hissəsi ilə yaradılmış işçi qrupun tərkibi aşağıdakı redaksiyada verilir:
“İşçi qrupunun rəhbəri
Azərbaycan Respublikası Baş nazirinin birinci müavini
İşçi qrupunun üzvləri
Azərbaycan Respublikası Prezidentinin ərazi-təşkilat məsələləri
üzrə köməkçisi‒şöbə müdiri
Azərbaycan Respublikasının fövqəladə hallar naziri
Azərbaycan Respublikasının daxili işlər naziri
Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura
Komitəsinin sədri
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı
“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin
sədri
“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin
sədri.”.
“Su anbarlarının istismar vəziyyətinin yaxşılaşdırılması ilə əlaqədar Dövlət Komissiyasının yaradılması haqqında” Azərbaycan Prezidentinin 2016-cı il 14 noyabr tarixli sərəncamının 1-ci hissəsi ilə yaradılmış Dövlət Komissiyasının tərkibi isə aşağıdakı redaksiyada verilir:
“Komissiyanın sədri
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri
Komissiyanın üzvləri
Azərbaycan Respublikası Baş nazirinin müavini
Azərbaycan Respublikası Prezidentinin ərazi-təşkilat məsələləri
üzrə köməkçisi‒şöbə müdiri
Azərbaycan Respublikası Prezidentinin aqrar siyasət məsələləri üzrə
köməkçisi‒şöbə müdiri
Azərbaycan Respublikasının fövqəladə hallar naziri
Azərbaycan Respublikasının daxili işlər naziri
Azərbaycan Respublikasının maliyyə naziri
Azərbaycan Respublikasının iqtisadiyyat naziri
Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri
“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti
“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin
sədri.”.
Prezident İlham Əliyev, həmçinin Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının milli təhlükəsizlik siyasəti sahəsində İşçi Qrupunun yaradılması haqqında” 2004-cü il 17 sentyabr tarixli 394 nömrəli, “Azərbaycan Respublikasının Avropa İttifaqı ilə əməkdaşlığı üzrə Dövlət Komissiyasının yaradılması haqqında” 2005-ci il 1 iyun tarixli 834 nömrəli, “Rusiya Federasiyası ərazisində ticarətlə məşğul olan Azərbaycan vətəndaşlarının problemlərinin həlli haqqında” 2006-cı il 22 noyabr tarixli 1788 nömrəli sərəncamlarında dəyişiklik edilməsi, “Füzuli adına Beynəlxalq Mükafatın təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 13 sentyabr tarixli 403 nömrəli, “Füzuli adına Beynəlxalq Mükafat haqqında Əsasnamənin təsdiq edilməsi və Füzuli adına Beynəlxalq Mükafat Komissiyasının tərkibi barədə” 1997-ci il 17 sentyabr tarixli 665 nömrəli və “Azərbaycanda aqrar sahədə idarəçiliyin təkmilləşdirilməsi və aqrar elmin inkişaf etdirilməsi ilə bağlı Xüsusi Komissiyanın yaradılması barədə” 2011-ci il 3 may tarixli 1487 nömrəli sərəncamlarının ləğv edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, “Azərbaycan Respublikasının milli təhlükəsizlik siyasəti sahəsində İşçi Qrupunun yaradılması haqqında” Azərbaycan Prezidentinin 2004-cü il 17 sentyabr tarixli sərəncamının 1-ci hissəsi ilə yaradılmış İşçi Qrupunun tərkibi aşağıdakı redaksiyada verilir:
“Azərbaycan Respublikasının xarici işlər naziri
Azərbaycan Respublikası Prezidentinin hüquq mühafizə orqanları
ilə iş və hərbi məsələlər üzrə köməkçisi‒şöbə müdiri
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici
siyasət məsələləri şöbəsinin müdiri
Azərbaycan Respublikası xarici işlər nazirinin müavini
Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini - Baş
Qərargah rəisi
Azərbaycan Respublikası daxili işlər nazirinin müavini
Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin
müavini
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin müavini
Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti rəisinin
müavini
Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidməti rəisinin
müavini
Azərbaycan Respublikası ədliyyə nazirinin müavini
Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini
Azərbaycan Respublikası maliyyə nazirinin müavini
Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin
müavini
Azərbaycan Respublikası fövqəladə hallar nazirinin birinci
müavini
Azərbaycan Respublikası nəqliyyat, rabitə və yüksək texnologiyalar
nazirinin birinci müavini
Azərbaycan Respublikası energetika nazirinin müavini
Azərbaycan Respublikası səhiyyə nazirinin müavini
Azərbaycan Respublikası təhsil nazirinin müavini
Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci
vitse-prezidenti
“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin birinci
vitse-prezidenti
Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Təhlükəsizlik
və müdafiə məsələləri şöbəsinin müdiri
Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti.”.
Bundan başqa, “Azərbaycan Respublikasının Avropa İttifaqı ilə əməkdaşlığı üzrə Dövlət Komissiyasının yaradılması haqqında” Azərbaycan Prezidentinin 2005-ci il 1 iyun tarixli sərəncamının 1-ci hissəsi ilə yaradılmış Dövlət Komissiyasının tərkibi aşağıdakı redaksiyada verilir:
“Komissiyanın sədri
Azərbaycan Respublikasının iqtisadiyyat naziri
Komissiyanın üzvləri
Avropa İttifaqı‒Azərbaycan Parlamentlərarası Əməkdaşlıq
Komitəsinin həmsədri
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici
siyasət məsələləri şöbəsinin müdiri
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının
Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin
müdiri
Azərbaycan Respublikası Prezidentinin hüquq mühafizə orqanları ilə
iş və hərbi məsələlər üzrə köməkçisi‒şöbə müdiri
Azərbaycan Respublikası Prezidentinin aqrar siyasət məsələləri üzrə
köməkçisi‒şöbə müdiri
Azərbaycan Respublikası fövqəladə hallar nazirinin birinci
müavini
Azərbaycan Respublikası nəqliyyat, rabitə və yüksək texnologiyalar
nazirinin birinci müavini
Azərbaycan Respublikası maliyyə nazirinin müavini
Azərbaycan Respublikası xarici işlər nazirinin müavini
Azərbaycan Respublikası daxili işlər nazirinin birinci müavini
Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini
Azərbaycan Respublikası səhiyyə nazirinin müavini
Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin
müavini
Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin
müavini
Azərbaycan Respublikası təhsil nazirinin müavini
Azərbaycan Respublikası energetika nazirinin müavini
Azərbaycan Respublikası vergilər nazirinin müavini
Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini
Azərbaycan Respublikası ədliyyə nazirinin müavini
Azərbaycan Respublikası Baş prokurorunun müavini
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə
Dövlət Komitəsi sədrinin müavini
Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi sədrinin
müavini
Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin
İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini
Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi
sədrinin müavini
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi sədrinin
müavini
Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi
sədrinin müavini
Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti rəisinin
müavini
Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti rəisinin
müavini
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi sədrinin
müavini
Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin müavini
Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin İdarə
Heyətinin sədri
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkilinin
(ombudsmanın) Aparatının rəhbəri
Azərbaycan Respublikasının Avropa İttifaqı yanında Nümayəndəliyinin
başçısı
Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Baş idarə
rəisi
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət
Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri.”.
Həmçinin “Rusiya Federasiyası ərazisində ticarətlə məşğul olan Azərbaycan vətəndaşlarının problemlərinin həlli haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 noyabr tarixli sərəncamının 1-ci hissəsi ilə yaradılmış Dövlət Komissiyasının tərkibi aşağıdakı redaksiyada verilir:
“Komissiyanın sədri
Azərbaycan Respublikası Baş nazirinin birinci müavini
Komissiyanın üzvləri
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici
siyasət məsələləri şöbəsinin müdiri
Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə
köməkçisi‒şöbə müdiri
Azərbaycan Respublikası Prezidentinin ərazi-təşkilat məsələləri
üzrə köməkçisi‒şöbə müdiri
Azərbaycan Respublikasının xarici işlər naziri
Azərbaycan Respublikasının iqtisadiyyat naziri
Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi
naziri
Azərbaycan Respublikasının daxili işlər naziri
Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək
texnologiyalar naziri
Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin
sədri
Azərbaycan Respublikasının Rusiya Federasiyasında fövqəladə və
səlahiyyətli səfiri.”.
“Füzuli adına Beynəlxalq Mükafatın təsis edilməsi haqqında”, “Füzuli adına Beynəlxalq Mükafat haqqında Əsasnamənin təsdiq edilməsi və Füzuli adına Beynəlxalq Mükafat Komissiyasının tərkibi barədə” və “Azərbaycanda aqrar sahədə idarəçiliyin təkmilləşdirilməsi və aqrar elmin inkişaf etdirilməsi ilə bağlı Xüsusi Komissiyanın yaradılması barədə” Azərbaycan Prezidentinin sərəncamları ləğv edilir.
-
Dünya09:58
ABŞ-da şok iddia: Bayden Netanyahunu niyə söyüb?
-
Hadisə09:42
Azərbaycanın Əməkdar məşqçisi öldü - FOTO
-
Səhiyyə09:00
Əhalini SEVİNDİRƏCƏK XƏBƏR: Bu məhsulu pulsuz alacağıq - VİDEO
-
MDB08:24
Rusiyada DƏHŞƏTLİ QƏTL: körpə bacılarını öldürüb parka getdi
-
İdman07:47
Ronaldonun keçmiş evi satışa çıxarıldı - VİDEO
-
Magazin207:30
Hande Erçel: "Çox yaxında şad xəbər verəcəyəm"
-
İKT06:16
"X"ə yaşıl işıq yandırıldı, Maska TAPŞIRIQ VERİLDİ
-
İKT04:44
Durov "Telegram"dakı növbəti yenilikləri ELAN ETDİ