Rəsmi xronika
Mehriban Əliyeva BMT Baş katibinin müavini ilə görüşdü - FOTO
İyunun 24-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva BMT Baş katibinin iqtisadi və sosial məsələlər üzrə müavini Liu Cenmin ilə görüşüb.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Birləşmiş Millətlər Təşkilatının Dövlət Xidmətləri Forumunun ölkəmizdə keçirilməsi barədə verilən qərara görə minnətdarlığını ifadə etdi və forumun nəticələrinin dövlət xidmətlərinin islahatları ilə bağlı proseslərə, bu istiqamətdə fikir və təcrübə mübadiləsinin aparılmasında iştirakçı ölkələrə faydalı olacağına ümid etdiyini bildirdi. Azərbaycanın BMT ilə uğurlu əməkdaşlıq həyata keçirdiyini qeyd edən Mehriban Əliyeva Azərbaycanın müstəqilliyinin bərpa olunduğu ilk illərdən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində ölkəmizdə 1 milyon qaçqın və məcburi köçkünə BMT tərəfindən göstərilən yardımı yüksək qiymətləndirdi. Azərbaycanın son illərdə əldə etdiyi iqtisadi nailiyyətlərə toxunan Birinci vitse-prezident ölkəmizin həm də bir çox mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etdiyini vurğuladı və Bakıda Birləşmiş Millətlər Təşkilatının Dövlət Xidmətləri Forumunun da uğurla keçəcəyinə əminliyini ifadə etdi.
Xoş sözlərə görə təşəkkür edən BMT Baş katibinin iqtisadi və sosial məsələlər üzrə müavini Liu Cenmin Forumun yüksək səviyyədə təşkilinə görə Azərbaycan rəhbərliyinə minnətdarlığını bildirdi. Bakıda dövlət xidmətləri ilə bağlı növbəti Forumun keçirildiyini deyən Liu Cenmin bu Forumda xeyli sayda nümayəndənin iştirakının önəmini qeyd etdi. Azərbaycanda dövlət xidmətlərinin çox təkmil və yüksək səviyyədə həyata keçirildiyini bildirən BMT Baş katibinin iqtisadi və sosial məsələlər üzrə müavini bütün bu işlərin Azərbaycan Prezidentinin rəhbərliyi sayəsində mümkün olduğunu vurğuladı. Liu Cenmin BMT-nin təşkilata üzv 193 dövlətlə birgə 2030-cu il üçün Dayanıqlı İnkişaf Məqsədləri gündəliyinin icrası ilə məşğul olduğunu qeyd etdi və bu işdə dövlət xidmətlərinin səviyyəsinin təkmilləşdirilməsinin xüsusi əhəmiyyət daşıdığını bildirdi.
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi