Mehriban Əliyeva Aydın Süleymanlını təbrik etdi
Bizi izləyin

Rəsmi xronika

Mehriban Əliyeva Aydın Süleymanlını təbrik etdi

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva yeniyetmə şahmatçı Aydın Süleymanlını Hindistanda 14, 16 və 18 yaşlı oğlanlar və qızlar arasında keçirilən şahmat üzrə dünya çempionatında qalib olması münasibətilə təbrik edib.

Publika.az xəbər verir ki, Birinci vitse-prezident Mehriban Əliyevanın rəsmi instaqram səhifəsində edilən paylaşımda deyilir:

“Yeniyetmə şahmatçımız Aydın Süleymanlının Hindistanda 14, 16 və 18 yaşlı oğlanlar və qızlar arasında keçirilən şahmat üzrə dünya çempionatının qalibi olması xəbəri hər birimizə ancaq qürür və sevinc hissi yaşada bilər. Dünya çempionu titulu uğrunda yarışlarda qələbə qazanmağı münasibətilə Aydını ürəkdən təbrik edir, ona yeni-yeni nailiyyət və qələbələr arzulayıram!”

Oxumağa davam et
Reklam
Reklam

Gündəm