• USD 1,7000 0,00% EUR 1,8941 +0,46%
    • GBP 2,2470 +0,60% RUB 0,0269 +0,74%

Prezident: Heydər Əliyev hakimiyyətə qayıdandan sonra həmin kadrlara etibar etmədi

Prezident: Heydər Əliyev hakimiyyətə qayıdandan sonra həmin kadrlara etibar etmədi

Siz uzun illərdir ki, müxtəlif məsul vəzifələrdə işləyirsiniz. Həm sovet dönəmində, həm müstəqillik dövründə ölkəmizin inkişafına böyük töhfələr vermisiniz. Təsadüfi deyil ki, ulu öndər Heydər Əliyev sizi hələ gənc yaşlarınızda önəmli vəzifələrə təyin etmişdir. Siz yaxşı bilirsiniz ki, Heydər Əliyev kadrların seçilməsində çox tələbkar idi və onun bir sıra çox ciddi meyarları vardı. Sizi gənc yaşlarında önəmli vəzifələrə təyin etmək onu göstərirdi ki, siz buna layiq idiniz.

Publika.az xəbər verir ki, bunu Prezident İlham Əliyev oktyabrın 23-də Ramiz Mehdiyevi qəbul edərkən bildirib.

"Siz gənc, istedadlı kadr kimi Ulu Öndərin rəhbərliyi ilə həm sovet dönəmində, həm də müstəqillik dövründə işləmisiniz. Xatırlayıram ki, sovet dövründə, 1970-ci illərdə siz Bakımızın əsas rayonu olan, o vaxt 26 Bakı Komissarı adlandırılan, indiki Səbail rayonunun birinci katibi təyin olunmusunuz və bu vəzifədə böyük uğurlar əldə etmisiniz. Ondan sonra Ulu Öndər sizi Mərkəzi Komitəyə dəvət etmişdir və siz təşkilat şöbəsinin rəhbəri idiniz. Bu, Mərkəzi Komitənin bəlkə də ən aparıcı şöbəsi idi. Çünki bu şöbədə kadr hazırlığı məsələləri diqqət mərkəzində idi. Heydər Əliyev Moskvada, Siyasi Büroda işə başlayanda bilirsiniz ki, onun tövsiyəsi ilə siz Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin ideologiya üzrə katibi vəzifəsinə təyin olunmusunuz. Bu da çox önəmli vəzifə idi, yəni, ideoloji işlərə rəhbərlik edirdiniz. Təbii ki, ulu öndər Heydər Əliyev əsassız olaraq bütün vəzifələrdən çıxarılandan sonra sizi də vəzifədən azad etmişdilər və yalnız Heydər Əliyev Azərbaycanda hakimiyyətə qayıdandan sonra o, yenə də sizi dəvət etdi. Bu, böyük bir inamın təzahürü idi. Çünki siz də yaxşı bilirsiniz, mən də yaxşı bilirəm ki, o vaxt Heydər Əliyevin yetişdirdiyi, böyük vəzifələr verdiyi bir çox kadrlar ona sadiq çıxmadılar və o, 1993-cü ildə hakimiyyətə qayıdandan sonra həmin kadrlara etibar etmədi. Bir halda ki, sizi dərhal vəzifəyə təyin edib, onu göstərir ki, o, həm sizə inanırdı, eyni zamanda, xalqımız üçün həmin ağır illərdə siz Ulu Öndərə öz sədaqətinizi saxlamısınız və onun rəhbərliyi altında işlədiyiniz dövr ərzində bunu sübut etmisiniz. Heydər Əliyev tərəfindən Prezident Administrasiyasının rəhbəri vəzifəsinə təyin olunmusunuz və bu çox önəmli və məsul işdə böyük nailiyyətlər əldə etmisiniz. Son 16 il ərzində isə biz birlikdə işləyirik. Demək olar ki, hər gün əlaqədəyik, gündə bir neçə dəfə təmasdayıq. Ölkəmizin uğurlu, hərtərəfli inkişafında sizin çox böyük və danılmaz rolunuz var. Mənim sizə böyük hörmətim var. Siz həmişə dövlətçiliyi hər şeydən üstün tutmusunuz və bu gün Azərbaycan dövləti inkişaf edir, qarşıda duran bütün vəzifələr icra olunur. Bu vəzifələrin icrasında sizin böyük rolunuz vardır", - Azərbaycan Prezidenti vurğulayıb.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR