Mehriban Əliyeva Yelena Zelenskaya ilə görüşdü (YENİLƏNDİ)
Bizi izləyin

Rəsmi xronika

Mehriban Əliyeva Yelena Zelenskaya ilə görüşdü (YENİLƏNDİ)

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva dekabrın 17-də ölkəmizdə səfərdə olan Ukraynanın birinci xanımı Yelena Zelenskaya ilə görüşüb.

Çay süfrəsi arxasında keçirilən görüşdə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Ukrayna Prezidentinin xanımı Yelena Zelenskayanı Bakıda görməkdən şad olduğunu bildirib. Mehriban Əliyeva qeyd edib ki, bu səfər ölkəmizlə daha yaxından tanış olmaq üçün gözəl imkandır.

Yelena Zelenskaya Bakıda olmaqdan və Azərbaycanın Birinci vitse-prezidenti ilə görüşməkdən məmnunluğunu ifadə edib.

Görüşdə Azərbaycan ilə Ukrayna arasında müxtəlif sahələrdə əlaqələrin inkişafı ətrafında fikir mübadiləsi aparılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm