Bu şəhərin sakinlərinə ŞAD XƏBƏR - Prezident SƏRƏNCAM İMZALADI
Bizi izləyin

Rəsmi xronika

Bu şəhərin sakinlərinə ŞAD XƏBƏR - Prezident SƏRƏNCAM İMZALADI

Prezident İlham Əliyev Mingəçevir şəhəri ərazisində avtomobil yollarının əsaslı təmirinə dair tədbirlər haqqında
sərəncam imzalayıb.

Publika.az-ın xəbərinə görə, sərəncamda qeyd edilir ki, Mingəçevir şəhəri ərazisində ümumi uzunluğu 11,9 kilometr olan, “Günəşli”, “Bağlar”, “Üçxoz” və “Tingçilik” yaşayış massivlərini şəhərlə birləşdirən avtomobil yollarının əsaslı təmiri məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 2,5 milyon (iki milyon beş yüz min) manat ayrılsın.

Maliyyə Nazirliyinə bu sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm