İlham Əliyev atəşkəsin ŞƏRTLƏRİNİ AÇIQLADI: "O deməlidir ki..."
Bizi izləyin

Rəsmi xronika

İlham Əliyev atəşkəsin ŞƏRTLƏRİNİ AÇIQLADI: "O deməlidir ki..."

“Ermənistanın baş naziri bir il bundan əvvəl bizim torpaqlarımızda demişdi ki, “Qarabağ Ermənistandır”, Azərbaycan xalqından üzr istəməlidir. İkincisi, o deməlidir ki, Qarabağ Ermənistan deyil. Üçüncüsü, Azərbaycanın ərazi bütövlüyünə hörmət etməlidir. Dördüncüsü, bəyan etməlidir ki, hansı gündə, hansı bölgədən Ermənistan silahlı qüvvələri çıxır”.

Publika.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev “TRT Haber” telekanalına müsahibəsində atəşkəsin şərtlərini açıqlayarkən deyib.

O bildirib ki, bu şərtlər Minsk qrupunun həmsədrləri tərəfindən təsdiq edilməlidir: “O halda, təbii ki, atəşkəs bərpa olunacaq və beləliklə, bu məsələ müzakirə yolu ilə həllini tapacaq. Azərbaycan xalqı öz doğma torpaqlarına qayıdacaq. Amma biz bilməliyik ki, bu, nə zaman olacaq. Çünki biz 30 ildir ki, gözləyirik, 30 il bizə verilən vədlər, deyilən sözlər həyatda reallaşmır, gerçəkləşmir. Azərbaycan xalqı artıq buna dözə bilmir, Azərbaycan dövləti dözə bilmir. Bizə konkret, real tarix deyilməlidir ki, onlar nə zaman hansı bölgədən çıxacaqlar”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm