Rəsmi xronika
Prezident: Bir çox italyan şirkəti Azərbaycanda aktiv fəaliyyət göstərir
Siyasi dialoq və güclü siyasi əlaqələr müxtəlif sahələrdə əməkdaşlığın təməlini qoyur və bir çox italyan şirkəti Azərbaycanda aktiv fəaliyyət göstərir, ölkəmiz üçün önəmli layihələri həyata keçirir.
Bunu Prezident İlham Əliyev iyunun 12-də İtaliya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Klaudio Taffurini qəbul edərkən deyib.
Dövlət başçısı bildirib:
"Azərbaycanda mənalı vaxt keçirəcəksiniz. Siz burada bir neçə il fəaliyyət göstərəcəksiniz. Əminəm, ilk günlərdən siz onun şahidi olacaqsınız ki, xalqlarımız arasında təmaslar artır və Azərbaycan xalqı İtaliyanın dost ölkə olduğunu bilir. Bu, vacibdir. Siz bizim ikitərəfli əlaqələrimizin bütün tarixini, bütün vacib hədəfləri bilirsiniz. Əlbəttə ki, strateji tərəfdaşlıq haqqında sənədlərin imzalanması əslində bizim əməkdaşlığın məğzini əks etdirirdi. Bu, tərəfdaşlığımızı çox yüksək səviyyəyə qaldırır. Biz bu çox mühüm siyasi inkişafın praktiki icrasını da görürük. Çünki açıq-aydındır ki, güclü siyasi əlaqələr olmasa biz müxtəlif sahələrdə artıq belə bir böyük tərəqqiyə nail ola bilməzdik. Beləliklə, siyasi dialoq və güclü siyasi əlaqələr müxtəlif sahələrdə əməkdaşlığın təməlini qoyur və bir çox italyan şirkəti Azərbaycanda aktiv fəaliyyət göstərir, ölkəmiz üçün önəmli layihələri həyata keçirir. Bunlar dəyəri milyardlarla dollar olan böyük həcmli layihələrdir. Gələcəkdə də daha çox fürsət olacaq. Əlbəttə ki, biz enerji əməkdaşlığından başladıq, Azərbaycan neftinin təchizatı İtaliyanı bizim ən böyük ticarət tərəfdaşımız edir. Lakin mən ümid edirəm ki, ticarət dövriyyəmizi artırmaq üçün biz başqa sahələri də tapa biləcəyik".
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR