Rəsmi xronika
Prezident Mişel Pitermansı qəbul etdi - YENİLƏNDİ
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 24-də Belçika Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mişel Pitermansın etimadnaməsini qəbul edib.
Publika.az xəbər verir ki, Belçika Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mişel Pitermans etimadnaməsini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təqdim edib.
Söhbət zamanı Azərbaycan Prezidenti İlham Əliyevin Belçika Krallığına səfərləri və bu səfərlər zamanı Belçikalıların Kralı Əlahəzrət Filiplə görüşləri xatırlanaraq bu görüşlərdə ölkələrimiz arasında əməkdaşlığa dair çox səmərəli müzakirələrin aparıldığı bildirilib.
Görüşdə Azərbaycan Respublikası ilə Belçika Krallığı arasında əlaqələrin genişləndirilməsinin önəminə toxunularaq əməkdaşlığın konkret sahələrinin müəyyənləşdirilməsi, o cümlədən ticarət dövriyyəsinin artırılması istiqamətində praktiki addımların atılmasının vacibliyi qeyd edilib.
Səfir Mişel Pitermansın ölkəmizdə diplomatik fəaliyyəti dövründə ikitərəfli münasibətlərin inkişafına töhfə verəcəyinə ümidvarlıq ifadə olunub.
*****
11:28
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 24-də Belçika Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mişel Pitermansın etimadnaməsini qəbul edib.
Publika.az-ın xəbərinə görə, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO