Prezident qızıl medal qazanan paralimpiyaçılarımızı təbrik etdi - (YENİLƏNDİ)
Bizi izləyin

Rəsmi xronika

Prezident qızıl medal qazanan paralimpiyaçılarımızı təbrik etdi - (YENİLƏNDİ)

Prezident İlham Əliyev “Tokio-2020” Yay Paralimpiya Oyunlarında qızıl medallar qazanan Azərbaycan idmançıları ilə bağlı paylaşım edib.

Dövlət başçısının tviter hesabında bununla bağlı paylaşımında deyilir:

“Tokio-2020” Yay Paralimpiya Oyunlarında komandamızın qazandığı qızıl medalların sayı altıya çatmışdır. Bu münasibətlə növbəti qızıl medallar qazanmış Sevda Vəliyeva, Xanım Hüseynova və Hüseyn Rəhimlini səmimi qəlbdən təbrik edir və komandamıza yeni-yeni nailiyyətlər arzu edirəm!"

xxx

11:31

Prezident İlham Əliyev qızıl medan qazanan Milli Paralimpiya komandamızın üzvlərini təbrik edib.

Publika.az xəbər verir ki, Prezident İlham Əliyevin rəsmi "twitter" hesabında edilən paylaşımda deyilir:

"Milli Paralimpiya komandamızın üzvləri – Şəhanə Hacıyeva, Vüqar Şirinli və Raman Salehi “Tokio-2020” Yay Paralimpiya Oyunlarında ölkəmizə qələbə sevincini yaşatdıqlarına görə ürəkdən təbrik edir, onlara və komandamızın digər üzvlərinə bundan sonra da yalnız uğurlar arzulayıram!"

Oxumağa davam et
Reklam
Reklam

Gündəm