Rəsmi xronika
İlham Əliyev Qırğız Prezidentini təbrik etdi
Prezident İlham Əliyev Qırğız Respublikasının Prezidenti Sadır Japarova təbrik məktubu göndərib.
Təbrikdə deyilir: "Hörmətli Sadır Nurqojoeviç, Qardaş Qırğız Respublikasının müstəqilliyinin 30-cu ildönümü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən xoş arzularımı yetirirəm.
Ortaq tarixi köklərə və milli-mənəvi dəyərlərə bağlı olan dostluq əlaqələrimizin, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımızın bugünkü səviyyəsi məmnunluq doğurur.
Əminəm ki, qardaş xalqlarımızın iradəsindən qaynaqlanan dövlətlərarası münasibətlərimiz bundan sonra da qarşılıqlı hörmət və etimad ruhunda inkişaf edərək birgə fəaliyyətimiz üçün möhkəm zəmin olacaqdır.
Belə bir əlamətdar gündə Sizi bir daha ürəkdən təbrik edir, qardaş Qırğız Respublikasına daim firavanlıq və əmin-amanlıq diləyirəm".
-
Magazin121:24Aygün Kazımova “DreamFest”ə tərzi ilə damğa vurdu
-
Sosial21:12Şəhid atası vəfat etdi - FOTO
-
Hadisə20:36Toy karvanında ağır qəza - 9 nəfər yaralandı
-
Qoroskop20:12İyul ayını bolluq və bərəkət içində yaşayacaq 4 BÜRC
-
İdman19:36Bu ölkənin prezidenti Formula 1-də fotoqraf kimi çalışır
-
Ekologiya19:24Bu ərazilərdə temperatur 3-4 dərəcə enəcək
-
Sosial18:00"Azərişıq"da kadr dəyişikliyi
-
Magazin117:24Boşanma xəbərlərindən sonra ilk dəfə bir araya gəldilər - FOTO




































