Rəsmi xronika
Torpaqlarımızda separatçılığa son qoyuldu - İlham Əliyev

"2020-ci il noyabrın 8-də Ordumuz tərəfindən Şuşanın azad olunması bizim iradəmizin təzahürü idi. İki gün ondan sonra Ermənistan kapitulyasiya aktına imza atdı və Azərbaycan 30 illik işğala son qoydu".
Publika.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 29-da Zəngilanda keçirilən “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Milli Şəhərsalma Forumunun açılış mərasimində çıxışı zamanı bildirib.
Dövlətimizin başçısı deyib: “Aprelin 23-də (2023-cü il – red.) Ermənistanla sərhəddə sərhəd-keçid məntəqəsini yaratdıq və ərazi bütövlüyümüzü tam şəkildə təmin etdik. Çünki bütün sərhədlərimizə nəzarəti bərpa etdik. Əlbəttə ki, sentyabrın 20-də (2023-cü il – red.) biz öz suverenliyimizi bərpa etdik. Yəni, artıq “boz” zonalar yoxdur, qeyri-qanuni strukturlar yoxdur və torpaqlarımızda separatçılığa son qoyulub. Bu, bizim güclü siyasi iradəmizin göstəricisidir. Bu, Azərbaycan hökumətinin Ermənistanla sülhə hazır olduğunu göstərir. Bu, yaxşı siqnaldır, - bəziləri hələ də qisas, revanşist ideyalarla yaşayırlar, - bu, onlara güclü siqnaldır ki, bu fikirlərdən imtina etsinlər”.

-
Rəsmi xronika15:20
Prezident daha bir fərman imzaladı
-
Nida Xəbər 15:10
Şahin Mustafayevin Qriqoryanla görüşü başa çatdı - Video
-
Magazin115:05
Şəfəq Novruzdan taxta bazarında ölən dayısı ilə bağlı paylaşım - FOTO
-
Qoroskop14:25
2024-cü il üçün ulduz falı: Yaşıl Əjdaha ilində bizi nə gözləyir?
-
Hadisə13:45
Gülbahar Vəliyeva vəfat etdi
-
Rəsmi xronika13:13
İlham Əliyev sərəncam imzaladı
-
Hadisə12:30
Azərbaycanda məktəbli qızılcadan öldü
-
Dünya12:00
Paşinyana yeni səlahiyyət verildi