Sabahdan bu yol bağlı olacaq
Bizi izləyin

Nəqliyyat

Sabahdan bu yol bağlı olacaq

Sabah saat 07:00-dan 5 iyul saat 22:00-dək Bakının Mikayıl Müşfiq küçəsində (Parlament prospektindən İsmayıl bəy Qutqaşınlı küçəsinədək) nəqliyyat vasitələrinin hərəkətinə tam məhdudiyyət qoyulacaq.

Publika.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib.

Məlumata görə, buna səbəb paytaxt yollarında təmir işlərinin aparılmasıdır.

Tətbiq ediləcək məhdudiyyətlə əlaqədar Mikayıl Müşfiq küçəsinə daxil olan 6, 10, 31, 53 və 77 nömrəli müntəzəm avtobus marşrutları alternativ olaraq Parlament və Hüseyn Cavid prospektləri, eləcə də Mehdi Hüseyn küçəsi ilə təşkil ediləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm