Rəsmi xronika
Sülhün hazırlanmasına ABŞ-ın dəstəyi... - Əliyev
Azərbaycan yeni geosiyasi reallıqlara və ədalətə əsaslanan, hər hansı ayırıcı xətlər olmadan inteqrasiya olunmuş və inklüziv Cənubi Qafqaz regional əməkdaşlıq modelinin qurulmasının tərəfdarıdır.
Publika.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin 4 İyul – Müstəqillik Günü münasibətilə Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Baydenə təbrik məktubunda bildirilib.
Dövlətimizin başçısı vurğulayıb ki, Azərbaycan Ermənistan ilə sülh müqaviləsinin və onun əsasını təşkil edən 5 prinsipin təşəbbüskarı olaraq sülh gündəliyinin irəli aparılması üçün daim siyasi iradə nümayiş etdirir. Ermənistan ilə münasibətlərin normallaşdırılmasına, bölgədə davamlı sülhün bərqərar edilməsi, sülh müqaviləsinin hazırlanması prosesinə ABŞ-ın hər zaman dəstək vermək əzmini təqdir edirik.
“Bu gün qarşılıqlı faydalı iqtisadi-ticari əlaqələrimizin şaxələndirilməsi, xüsusilə də yüksək texnologiyalar, rəqəmsal və yaşıl keçid, kənd təsərrüfatı, investisiyalar, aviasiya və digər sahələrdə əməkdaşlığımızın inkişaf etdirilməsi üçün böyük perspektivlər vardır.
İnanıram ki, dost və tərəfdaş olan Azərbaycan ilə ABŞ arasında müxtəlif sahələri əhatə edən sıx əməkdaşlığın ölkələrimizin maraqları və xalqlarımızın rifahı naminə bundan sonra da uğurla davam etdirilməsi yolunda birgə səylər göstərəcəyik”, - deyə Prezident İlham Əliyev qeyd edib.
-
Hadisə01:30
Azərbaycanda ZƏLZƏLƏ OLDU
-
İdman00:57
Türkiyə Avropa çempionatı ilə vidalaşdı - YENİLƏNDİ
-
Qoroskop00:15
Günün ULDUZ FALI: problemlər əhvalınızı poza bilər
-
İdman00:00
Ərdoğan matçı stadiondan izləyir - FOTO
-
Kriminal6 İyul 23:15
Bakının mərkəzində qadın vəhşicəsinə döyüldü - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Kriminal6 İyul 22:48
Oğul atasının başını KƏSDİ - Saatlıdakı dəhşətli qətlin ŞOK TƏFƏRRÜATI
-
İKT6 İyul 22:36
İlon Maskdan "WhatsApp"la bağı CİDDİ XƏBƏRDARLIQ
-
Region6 İyul 22:12
Ərdoğan və xanımı milli komandaya görə Berlində - FOTO/VİDEO