Sağlamlıq
Xəstəlikləri proqnozlaşdıran kompyuter sistemi hazırlanır
İnsanlarda bu və ya digər xəstəliklərin mümkün inkişafını proqnozlaşdıra bilən kompyuter sistemi tezliklə reallığa çevriləcək. Bu sistemin hazırlanması ilə Niderlandın Erazma Rotterdram adına Universitetinin tibbi vizual professoru Viro Nissen məşğuldur.
Sistem xəstəliyə meyilliliyin diaqnozunu maqnit-rezonans və kompyuter tomoqrafiyası vasitəsilə əldə edilən on minlərlə təsvir əsasında qoyacaq. Kompyuter müəyyən xəstəliklərin əlamətlərini ilk simptomlar əmələ gəlməmişdən əvvəl aşkar edə bilər. Hazırda professor diqqəti ürək-damar xəstəliklərinin və neyrodegenerativ pozuntuların proqnozlaşdırılmasına yönəldib. Onun sözlərinə görə, gələcəkdə sistemin fəaliyyətini digər xəstəliklərə də yaymaq mümkün olacaq.
"Bu, xəstələr üçün çox rahat olacaq. Biz xəstəliyi nə qədər tez aşkar etsək, bir o qədər onun inkişafını tez və dəqiq proqnozlaşdıra və müalicəyə düzəlişlər edə bilərik. Əslində, biz, həkimlərin işini xeyli asanlaşdıracaq sistem yaradırıq", - deyə professor bildirib.
Bu yaxınlarda alim kəşfinə görə nüfuzlu tibbi mükafata və 500 min avro məbləğində pul mükafatına layiq görülüb. O, bu vəsaiti genetik informasiyanın - DNK təsvirlərinin analizinin nəticələrinin uyğunlaşdırılması üsullarının işlənməsinə yönəltmək niyyətindədir.
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO