Sağlamlıq
Xəbərdarlıq: üzümü tumu ilə birgə yeyin!

Üzüm qədim zamanlardan bəri ən faydalı meyvələrdən sayılır. Ancaq son illər aparılan araşdırmalar üzümün tumunun onun özündən daha faydalı olduğunu ortaya çıxarıb. İlk dəfə 1947-ci ildə fransız kimyagər, professor Cek Maskulie apardığı çoxsaylı araşdırmalardan sonra bu qənaətə gəlib ki, üzümün tumu bir çox xəstəliyin müalicəsində istifadə edilə bilər.
Publika.az üzüm tumunun araşdırmalar sonucunda ortaya çıxan ən faydalı xüsusiyyətlərini təqdim edir:
Üzüm tumu ən çox varikoz üçün yararlıdır. Bundan başqa, Fransada 100 nəfərin iştirak etdiyi araşdırma zamanı məlum olub ki, üzüm tumu kompüter qarşısında çox vaxt keçirən insanlarda yaranan göz problemlərinin qarşısını alır. Tərkibindəki maddələr sayəsində yüksək təzyiqdən əziyyət çəkənlərə də kömək edir. Gündə bir ovuc üzümü tumları ilə birgə yeyənlərdə təzyiq sabit qalır. O, damarları təmizləyir və hüceyrələri yeniləyir. Həkimlər 30 yaşdan sonra hər bir insanın gündə yarım çay qaşığı üzüm tumunu çeynəyərək udmasını tövsiyə edirlər. Beləliklə, həm bir sıra xəstəliklərdən müdafiə olunmaq, həm də gənc qalmaq mümkündür.
Üzüm tumunun yağı təbii ağrıkəsici hesab edilir. Ağrıyan bölgəni bu yağla masaj etmək yaxşı effekt verir.
Sonda onu da qeyd edək ki, üzümün qlisemik indeksi yüksəkdir. Buna görə də, şəkər xəstələri və pəhriz saxlayanlar üzüm yeyərkən diqqətli olmalı, 1 ovucdan artıq yeməməyə çalışmalıdırlar.
Ləman Sultan

-
Magazin122:10
Leyla Mustafayevanın evinə düşən daşın meteorit olduğu təsdiqləndi - Foto
-
Nəqliyyat21:40
Bakının bu yollarında tıxac yarandı - Foto
-
Kriminal21:24
Arayikgilin məhkəməsi davam etdirildi - Fotolar
-
Elm və təhsil20:55
Rektorun istefa verməsinin səbəbi bilindi - Universitetdən AÇIQLAMA - YENİLƏNDİ
-
Sosial18:30
Bələdiyyə seçkisində ən çox səs topladı, bir gün sonra vəfat etdi - Foto
-
Nida Xəbər 18:15
MSK bələdiyyə seçkilərinə yekun vurdu - Yeniləndi
-
Rəsmi xronika16:20
İlham Əliyev sərəncam imzaladı
-
ABŞ14:46
ABŞ Rusiyanı hədələdi: Şərtləri qəbul etməsəniz, vuracağıq