Sağlamlıq
Bir qədəh qırmızı şərab nəyə qadirdir?
Elə ərzaqlar var ki, onların faydalı, yaxud zərərli olması indiyə kimi mübahisəli məsələdir. Məsələn, bu gün bəzi alimlər hesab edirlər ki, şokolad ömrü uzadır. Başqa bir qrup alim isə şokoladın səhhətimizdə ciddi fəsadlara səbəb olacağını iddia edir.
Amma söhbət qırmızı şərabdan gedirsə, əksəriyyət bu aristokrat içkinin insan orqanizminə yalnız xeyir verdiyini düşünür. Əlbəttə ki, həddi aşmamaq şərti ilə.
Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, son tədqiqatlar hər gün bir qədər qırmızı şərab içməyin beyin sağlamlığını qoruduğunu, zehni isə gücləndirdiyini göstərib.
ABŞ-ın Tibb Universitetinin alimləri MİND adlı pəhriz hazırlayıblar. Bu pəhriz göyərti, tərəvəz, paxla, toyuq, balıq, qoz, çoxlu sayda taxıllarla zəngindir. Alimlər pəhrizə qırmızı şərab da daxil ediblər.
80 yaşa qədər olan 960-a yaxın iştirakçı 5 il ərzində həmin pəhrizi saxlayıb və nəticə inanılmazdır. Pəhrizi çox ciddi şəkildə təqib edənlərdə beyin fəallığı yaxşılaşıb.
Hər gün bir qədər şərab içməyin beyin sağlamlığını qorumağa kömək etdiyini əminliklə demək çətindir. Lakin zərər verməyəcəyi dəqiqdir. Başlıcası, həddi aşmamaqdır.
Aytən
-
Rəsmi xronika14:14
İlham Əliyev qanun imzaladı
-
ABŞ13:55
Seçkiqabağı sorğu: İkisindən biri 10 faiz öndədir
-
Dünya13:20
Peter Siyarto Makrona qarşı çıxdı
-
Sosial12:35
Əmlak bazarında “tilov effekti” - Yanvardan tətbiq olunan bu qərar insanları qorxuya salıb
-
Art12:06
Azərbaycan teatrının “sarı simi” – Onun gözlərinə baxa bilmirdim
-
Dünya11:20
İnauqurasiyadan sonra Putinin ilk xarici səfəri: Tarix açıqlandı
-
Magazin210:44
Məşhur aparıcı millət vəkili ilə evlənir - FOTO
-
İqtisadi gündəm10:22
Azərbaycandan toyuq əti bu ölkələrə göndərilə bilər: Bahalaşacaq