Sağlamlıq
Buddistlərin 1000 illik sirri: 650 avroya satılan möcüzəli çay
Artıq yaşıl və ağ çay dəbdən düşüb. İndi bütün dünya “matcha”(maça) çayı içir. Maça çayının yaşıl çaydan 10 qat daha faydalı olduğu deyilir.
Bəs, görəsən, bu çayın orqanizmə hansı faydaları var və onu necə içmək lazımdır? Suallarınızın cavabını Publika.az-da tapacaqsınız.
Maça nədir?
Maça toz halına salınmış çay deməkdir. Yaşıl çay yarpaqlarının toz halına gətirilməsi ilə əldə edilir. Yəni, yaşıl çayın bir növüdür. Ancaq maraqlıdır ki, o, yaşıl çaydan da faydalıdır.
Buddistlərin 1000 illik sirri
Bu çayı buddistlər məşhurlaşdırıb. Onlar düz min ildir ki, bu çayın faydalarından yararlanırlar. Məsələn, meditasiyadan əvvəl maça içirlər. Çünki maçanın insanın diqqətini toplamağa və beyni mənfi fikirlərdən təmizləməyə kömək etdiyinə inanırlar.
Maçanın inanılmaz faydaları
Deyilənə görə, 1 stəkan maça çayı içmək 10 stəkan yaşıl çay içmək kimidir. Yəni, eyni effekti verir. Maça antioksidantlarla zəngindir. Buna görə də, xərçəngin düşməni hesab edilir. A, B, C, E vitaminləri ehtiva edir. Tərkibində kofein olmasına baxmayaraq, insanı sakitləşdirir. Qandakı şəkəri tənzimləyir, orqanizmi toksinlərdən təmizləyir. Yağları əridir, xolesterinin səviyyəsini aşağı salır, immunitet sistemini gücləndirir.
Lüks çay
Bu qədər faydaları olan çayın qiyməti, əlbəttə ki, baha olacaq. Maçanın 50 qramı 650 avroya satılır. Çayı qaranlıq və rütubətsiz yerdə mühafizə etməli, həmçinin, 3-4 ay içərisində bitirməlisiniz. Çünki çay hava ilə təmas etdikcə təsiri azalır. Onu da qeyd edək ki, bu çayı gündə bir dəfədən çox içmək olmaz.
Maçanı necə dəmləməli?
Maça çayını hazırlamaq üçün bir neçə şeyə ehtiyacınız var: bambukdan hazırlanmış xüsusi əl mikseri, uzun çay qaşığı və əvvəlcədən qaynadılıb ilıq hala gətirilmiş (60-70 dərəcədə olan) 200 ml. su. Çayı seramikdən hazırlanmış fincanda içmək məsləhətdir. Çayın hazırlanma üsulunu öyrənmək üçün videoya nəzər yetirə bilərsiniz:
Ləman Sultan
-
İdman11:01
AFFA Türkiyə millisinin sabiq baş məşqçisi ilə danışıqlar aparır - ŞOK İDDİA
-
Cənubi Qafqaz10:16
Azərbaycan xüsusi təyinatlıları Tavuşda? - Ermənilər qorxuya düşüb - VİDEO
-
Maraq dünyası09:54
Mayın 8-də Yer kürəsinə çatacaq - Alimlər xəbərdarlıq etdi: Oruc tutun
-
İdman09:12
Bellinqemin sevgilisi Madridi belə valeh etdi - FOTOLAR
-
Nəqliyyat08:24
Azərbaycanı Naxçıvanla birləşdirəcək yoldan GÖRÜNTÜLƏR
-
MDB08:12
Bu gün Rusiya hökuməti istefa verəcək
-
Qoroskop07:55
Yayda varlanacaq BÜRCLƏR
-
Nəqliyyat07:39
Bu yolda sürət həddi bərpa edildi