Sağlamlıq
Ayaqlarda şişkinliyi azaldan ən sadə üsullar
Ayaqların şişməsi payız-qış aylarında çoxlarını narahat edən ümumi sağlamlıq problemlərindəndir. Diabet, ürək, böyrək və ya qara ciyər xəstəliyi olan şəxslər, o cümlədən hamilə qadınlar bu halla daha çox qarşılaşırlar.
Publika.az-ın sağlamlıq bölməsi ayaqların şişməsinə qarşı bitki və təbii müalicə yollarının siyahısını təqdim edir:
Zəncəfil
Zəncəfil ayaq şişkinliyi müalicəsində ən çox istifadə olunan sidikqovucu dərmandır. Zəncəfil ayaqlarda şişkinliyin yaranmasına səbəb olan natriumun mənfi təsirini azaldır. Bundan başqa, iltihabönləyici xüsusiyyətləri ilə şişkinliyi aradan qaldırır.
Ayaqlarınız şişibsə, gündə bir neçə dəfə zəncəfil yağı ilə masaj edin. Bundan əlavə, gündə 1-2 stəkan zəncəfil çayı içə, yaxud təzə zəncəfili çeynəyə bilərsiniz.
Limon suyu
Limon şirəsi orqanizmi toksinlərdən təmizləyir, iltihabönləyici xüsusiyyəti ilə şişi azaldır. 1 stəkan ilıq suya 2 yemək qaşığı limon suyu əlavə edib gündə 1-2 dəfə için. Şirin olması üçün bal da tökə bilərsiniz.
Zəncirotu
Zəncirotu sidikqovucu xüsusiyyəti ilə orqanizmdən artıq suyu xaric edir, şişmiş ayaqlara şəfa olur. Aparılan araşdırmalar da göstərir ki, zəncirotu sidikqovucu təsiri sayəsində şişi aradan qaldırır. Eyni zamanda orqanizmdəki natrium səviyyəsini tənzimləyir.
1 stəkan isti suya 1 çay qaşığı təzə və ya qurudulmuş zəncirotu yarpağı atın, 5 dəqiqə dəmləyib süzün, gündə 2-3 dəfə bu çaydan için. Həmçinin, həkiminizlə məsləhətləşib bitkini həb şəklində də qəbul edə bilərsiniz.
Epsom duzu
Epsom duzu ayaqlardakı şişkinliyi və ağrını azaldır. Buna epsom duzunun tərkibindəki maqnezium və sulfat səbəb olur. Bundan başqa, boğaz ağrısı, əzələ yorğunluğu və ayaq qoxusunun qarşısını almaq məqsədi ilə də istifadə edilir.
Alma sirkəsi
Alma sirkəsi də tərkibindəki kalium sayəsində ayaqlarda şişkinliyi azaltmağa kömək edir. Eyni miqdarda su ilə alma sirkəsini qarışdırın. Bu suya dəsmalı batırıb şişmiş ayaqlarınızı dəsmalla bürüyün. Bunu gündə 10 dəqiqə davam etdirin.
Həmçinin, 1 stəkan suya 2 yemək qaşığı alma sirkəsi, bir qədər bal qatıb gündə 2 dəfə için.
Keşniş toxumu
Keşniş toxumu qan dövranını artıraraq bədəndəki şişkinliyi azaldır. 1 stəkan suya 2-3 çay qaşığı keşniş toxumu atıb suyun yarısı buxarlanana qədər qaynadın. Suyu süzün, soyumasını gözləyin. Ayaq şişkinliyi gedənə qədər gündə 2 dəfə için.
Məşqlər
Müntəzəm fiziki məşq etmək ayaqlarda şişkinliyin qarşısının alınması baxımından əhəmiyyətlidir. Məşqlər qan dövranını sürətləndirir, əllərdə və ayaqlarda çirkli qan yığılmasının qarşısını alır. Üzgüçülük şişkinliyi azaltmaq, iltihablaşmanın qarşısını almaq və ağrını yüngülləşdirmək üçün ən təsirli idmandır.
Həftədə ən az 5 gün qaçın və ya piyada gəzin. Hər gün 30 dəqiqə ayaq əzələlərini gücləndirən məşqlər edin.
Maqnezium
Orqanizmdə maqnezium əskikliyi də ödəmə səbəb olub, ayaqlarda şişməyə yol aça bilər. Bu problemlə mübarizə aparmaq üçün maqnezium baxımından zəngin qidalar yeyin. Göy-göyərti, yaşıl meyvə və tərəvəz, fındıq, quru meyvə, balıq, soya lobyası və plitka şokolad maqnezium baxımından zəngindir.
Ayaqlardakı şişkinliyi aradan qaldıran təbii üsul
Ayaqlardakı şişkinliyin qarşısını almaq üçün yatarkən ayağınızın altına yastıq qoyub yuxarı qaldırın. Kofein və duzu məhdudlaşdırın. İşlənmiş qidalar yerinə təzə tərəvəz və meyvə istehlak etməyə diqqət yetirin. Bədəni toksinlərdən təmizləmək üçün 2 litr su için.
Uzun müddət oturaq vəziyyətdə qalmayın. Qısa fasilələr verin və bir az gəzin. Avtomobil, təyyarə, avtobus, qatar kimi uzun səyahətlərdə ayaq iltihabının qarşısını almaq üçün varikoz corabı geyinin.
Aytən
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO