Meyvə və tərəvəzlərin təsiri 20 il davam edir
Bizi izləyin

Sağlamlıq

Meyvə və tərəvəzlərin təsiri 20 il davam edir

Amerikalı alimlər meyvə və tərəvəzlərin faydalı xüsusiyyətlərinin insan orqanizminə 20 il təsir etdiyini açıqlayıblar.

Publika.az xəbər verir ki, ABŞ-ın Minneapolis Ürək İnstitutunun əməkdaşlarının apardıqları araşdırma gənclik illərində fast-food qidalar əvəzinə sağlam qidalar yeyənlərin ürək və damar xəstəliklərinə yaxalanmaq riskinin 25 faiz azaldığını göstərib.

Araşdırmanın rəhbəri doktor Mişel Miedima gənc yaşlardan etibarən sağlam qidalanmağın əhəmiyyətini vurğulayıb:

“Sağlam həyat tərzinə keçmək üçün qocalmağı və ya xəstələnməyi gözləməyin. Çünki orqanizmdə əvvəlcədən bünövrə olmalıdır. Bu bünövrəni inşa etmək üçün uşaqlıq və gənclik illərindən etibarən sağlam qidalara üstünlük vermək lazımdır”.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm