Yuxu müddətini yaşınıza uyğun seçin!
Bizi izləyin

Sağlamlıq

Yuxu müddətini yaşınıza uyğun seçin!

Alimlər bildirir ki, yuxu ehtiyacını tam ödəmək üçün yaşı nəzərə almaq lazımdır. Belə ki, hər yaş qrupunun yuxu ehtiyacı fərqli olur.

Publika.az yaş qruplarına uyğun yuxu müddətini təqdim edir:

*3 aya kimi körpələr hər gün 14-17 saat yatmalıdır.

Körpənin sağlamlıq vəziyyəti və çəkisi nəzər alınaraq, bu yuxu müddəti 12-18 saat arasında dəyişdirilə bilər.

*4-11 aylıq körpələr günün 12-15 saatını yuxuda keçirməlidir.

*1-2 yaş arasındakı uşaqlar 11-14 saat yatmalıdır.

*3-5 yaş yaşlı uşaqlar üçün ən ideal müddət 10-13 saatdır.

*Məktəbə gedən 6-13 yaş arasındakı uşaqlar günün ən az 9-11 saatını yuxuda keçirməlidir.

* 18 yaşdan başlayaraq 64 yaşa kimi orqanizm üçün 7-9 saatlıq yuxu kifayət edir.

*65 yaşdan sonra orqanizmin yuxuya olan ehtiyacı daha da azalır. Bu yaşdan sonra 7- 8 saat yatmaq məsləhətdir.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm