Süni mayalanma ilə dünyaya gələn körpələrin ömrü daha qısa olur?
Bizi izləyin

Sağlamlıq

Süni mayalanma ilə dünyaya gələn körpələrin ömrü daha qısa olur?

Amerikalı elm adamı doktor Paskal Gagneux açıqlamaları ilə tibb elmini sarsıdıb.

Publika.az xəbər verir ki, alim süni mayalanma üsulu ilə dünyaya gələn körpələrin ömrünün normal yolla doğulan uşaqlardan daha qısa olduğunu açıqlayıb. O bildirib ki, süni mayalanma üsulu ilə dünyaya gələnlər qısaömürlü olmaqla yanaşı, həyatı boyu bir çox xəstəliklə də mübarizə aparmalı olurlar. Bunun səbəbi isə çox bəsitdir.Çünki süni mayalanma zamanı körpə zəif spermadan dünyaya gələ bilir. Spermalar qadın bədənindəki “təbii seçki” yolundan keçmir:

“Spermaların seçimi həkim tərəfindən həyata keçirilir, qadın fiziologiyası tərəfindən yox. Bu isə risk faktoru daşıyan embrionların istehsal edilə biləcəyi mənasını verir”.

Qeyd edək ki, ingiltərəli elm adamları doktor Paskalın fikri ilə razılaşmırlar. Onlar elmi araşdırmaların bu iddiaları dəstəkləmədiyini bildirirlər.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm