Xına sizi ayaq göbələyindən xilas edəcək
Bizi izləyin

Sağlamlıq

Xına sizi ayaq göbələyindən xilas edəcək

Ayaqlarda müşahidə edilən göbələk xəstəliyi bir çox insanı narahat edən dəri problemidir. Bu problemdən xilas olmağın ən asan yolu isə xınadan istifadə etməkdir.

Publika.az xəbər verir ki, həkimlər ayaq dərisində baş verən qızartı, qaşınma kimi hallarda xına çəkməyi məsləhət görür.

Bunun üçün 1 litr suya 5 çay qaşığı toz xına əlavə edib 20 dəqiqə qaynadın. Xına ilıq hala gələndə göbələyin yayıldığı bölgəyə çəkin. Bu proseduranı hər gün təkrarlayın. Müalicə 1 ay davam etdirilməlidir.

Bu dövrdə ancaq keyfiyyətli dəri ayaqqabıdan və pambıq corablardan istifadə edin.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm