Hamiləlik əleyhinə dərmanı şampunla qarışdırıb…
Bizi izləyin

Sağlamlıq

Hamiləlik əleyhinə dərmanı şampunla qarışdırıb…

Son günlər dünyada yeni gözəllik trendi bərqərar olub.

Artıq xanımlar saçlarını gözəlləşdirmək üçün hamiləliyə qarşı olan dərmanlardan faydalanırlar.

Publika.az xəbər verir ki, bir bloqqerin tövsiyəsindən sonra populyarlaşan üsula görə, hamiləliyə qarşı dərmanı toz halına salıb, şampuna qarışdırmaq və saçı həmin qarışıqla yumaq lazımdır. Bu saç tökülməsinin qarşısını almaqla yanaşı, saçların daha parlaq və gur görünməsini də təmin edir.

Ancaq həkim-trixoloqlar bu üsulun yarardan çox, zərərli olduğunu bildirirlər. Çünki bu cür dərmanlar hormonlara birbaşa təsir etdiyi üçün təhlükəlidir. Xüsusilə də, hamilələr, hamilə qalmaq istəyənlər, başqa dərmanlardan istifadə edənlər bu trendlə ayaqlaşmasınlar.

Mütəxəssislər belə qeyri-adi üsullara müraciət etmək əvəzinə sağlam qidalanmağı və saçlara təbii yağlardan hazırlanan maskalar çəkməyi məsləhət görürlər.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm