Sağlamlıq
Ət sevənlər, xərçəngə tutulmaq riskiniz çoxdur - ARAŞDIRMA
Bundan əvvəl aparılan araşdırmaların çoxu qırmızı ətin sağlamlığa zərər olduğunu göstərib
Lakin yeni araşdırmalar emal edilmiş ətin xərçəng xəstəliyi riskini artırdığını müəyyən edib.
Cənubi Kaliforniya Universitetindən Ceyn Fiqeyredonun dediyinə görə, həftədə beş porsiyadan artıq emal edilmiş ət yeyən xüsusi genə malik insanlarda kolorektal xərçəng riski iki dəfə artıq olur. Kolorektal xərçəng dünya boyu ən çox yayılmış və ən çox ölümə səbəb olan xərçəng növüdür.
Birləşmiş Ştatlar, Kanada, Avstraliya və Avropada 1800 insan
üzərində 10 araşdırma aparılıb ki, bu da ət yeyən insanlarda
nitratların artıq olduğunu göstərib.
“Qurudulmuş, hisə verilmiş, bişmiş və ya qablaşdırılmış ət
məmulatlarından yaranan xəstəliklərin müalicəsi var. Lakin biz
bekon, vetçina, kolbasa, sosiska və paştet kimi məmulatları
araşdırırıq”, - deyə Fiqeredo bildirir.
Alimlər kolorektal xərşəngə tutulmuş 9 min insanın qanı ilə xəstə
olmayan 9 min insanın qanlarındakı eyni genomu müqayisə edib.
Kolorektal xərçəng 30 gen növünün birləşməsi ilə yaranan mürəkkəb
bir xəstəlikdir. Tədqiqatların nəticələri bu genlərin iki
variantına malik olan və hər gün emal edilmiş ət yeyən insanlarda
kolorektal xərçəng riskinin yüksək olduğunu göstərib.
Figeredo bu səbəbdən qanda zərərli hüceyrələrin və ya spesifik
genlərin artdığını deyir. “Bu, hər üç nəfərdən birində baş verir.
Emal edilmiş ət yeyən insanların riski yüksəkdir, belə ki, bu ət
məhsulları kanserogen maddələrə malikdir”.
Doktor Figerendonun dediyinə görə, emal edilmiş ətlərin istehlakı
hər halda məhdudlaşdırılmalıdır.
Figeredonun komandası sistematik şəkildə təhqiqat iştirakçılarının
genetik variasiyalarını ət, meyvə və tərəvəz istehlakı ilə
əlaqələndirir. Bu, genlərin yeməkdən asılı olaraq dəyişməsi ilə
bağlı ilk elmi araşdırmadır. /Milli.az/
-
Magazin119:40
Nadirin səhhətində problem yarandı - AÇIQLAMA
-
Ekologiya18:45
Hava ilə bağlı XƏBƏRDARLIQ
-
Nida Xəbər 18:15
Ermənistanla sərhəddə 40 dirək quraşdırıldı
-
Sosial17:38
Bakı dünyanın İdman Paytaxtı seçildi
-
İdman16:48
Qazaxıstanlı milyarder İngiltərədə klub aldı
-
Region15:59
Nazir müavininin oğluna 7 il həbs cəzası verildi
-
Hadisə14:33
Azərbaycanlı vəkil həbs edildi
-
Nida Xəbər 13:43
Axırda Köçəryanı, Sarkisyanı göstərəcəklər: Simonyan sərhəddəki aksiyanı ələ saldı