Sağlamlıq
Tez ağaran saçlar bu xəstəliklərə işarədir
Hər saç teli rəngini "melanosit" adlanan və rəng piqmenti ifraz edən hüceyrələrdən alır.
Bu hüceyrələrin funksiyasını itirməsi, piqment azalması, ya da yox olması saçlarda ağarma ilə nəticələnir.
Asiya irqindən olanlarda saç ağarması 30 yaşın ortalarından etibarən başlayır. 50 yaşlarından etibarən isə bütün kişilərdə az da olsa saç ağarması olur. Bəzi xəstəliklər saç ağarmasına səbəb ola bilər.
20 yaşından sonra başlayan saç ağarması erkən saç ağarması olaraq adlandırılır. Erkən saç ağarmasının bir çox səbəbi olmaqla birlikdə genetik səbəbləri də var. Həm də bəzi autoimmun xəstəliklər, saçqıran, vitiligo (ala xəstəliyi), B12 vitamin əskikliyi və bəzi tiroid xəstəliklərində erkən saç ağarması gözlənilə bilər.
Aparılan bəzi çalışmalarda saç ağarmasının ürək-damar xəstəliklərilə əlaqəsi olduğu bildirilib. Buna görə erkən saç ağarması problemi olanların kardioloji müayinədən keçməsi tövsiyə edilir.
Erkən saç ağarması olan insanlarda sümük azalması da görülə bilər. Sümük azalması (osteopeni) olan kişilərdə bunun qarşısını almaq üçün tədbirlər görülməlidir.
Saç ağarmasının müalicəsi üçün qalıcı saç boyaları, keçici saç spreyləri və bəzi rəngləndirici şampunlar istifadə edə bilərsiniz. (lent.az)
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı