Sağlamlıq
Bu səhvi bir çox qadınlar edir - ZİYANLIDIR
Soyuq fəsillərdə bir çox qadınlar təzə yuyulmuş paltarları evdə, istilik sistemlərinin yanında qurudur. Bu çox pis və ziyanlı adətdir.
Ev şəraitində paltarların daim qurudulması nəticəsində evdə rütubətin səviyyəsi kəskin artır və bu da toz gənələri və kif sporlarının artması üçün çox "əlverişli" şərait yaradır. Mikroskopik gənələr və kif sporları insanların nəfəs yollarına düşərək burada iltihablara, allergiyalara səbəb olur.
İnsanlar "səbəbsiz" zökəmdən, öskürəkdən, baş ağrılarından, dəridə səpgilərdən əziyyət çəkir. Gənələr və kif göbələklərinin evdə artması xüsusilə immun sistemi zəif olanlar, uşaqlar və yaşlılar, astmadan əziyyət çəkənlər üçün təhlükəlidir. Onlarda bu çox ciddi xəstəliklərə, mövcud olan xəstəliklərin kəskinləşməsinə səbəb ola bilər.
Bütün bunları nəzərə alaraq mütəxəssislər paltarları yalnız açıq havada qurutmağı tövsiyə edirlər. (saglamolun.az)
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı