Sağlamlıq
Çiçək xəstəliyinin törədicisi olan yeni virus tapılıb
Gürcüstanın Xəstəliklərə Nəzarət Mərkəzi bazar ertəsi ölkədə aşkar olunan virusla bağlı bəyanat yayıb.
Bəyanatda qeyd edilir ki, hazırda Gürcüstanda amerikalı alimlərlə birgə əməkdaşlıq çərçivəsində təbiətin öyrənilməsi, adamların çiçək xəstəliyinin mikrobları olan yeni virusa yoluxma riskinin mümkünlüyü amilləri və yayılma arealı öyrənilir.
Bir müddət əvəl ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Federal Mərkəzindən Gürcüstanda çiçək xəstəliyinin törədicisi olan yeni virus tapıldığı barədə məlumat verilmişdi. Ən azı üç nəfərin bu xəstəliyə yoluxduğu xəbər verilir.
Gürcüstanlı alimlər xəstələnənlərə sərbəst şəkildə diaqnoz qoya bilmədikdə bununla əlaqədar ABŞ-dan həmkarlarını ölkəyə dəvət ediblər. Вəyanatda deyilir ki, yeni virusa yoluxanlardan ikisi xəstə heyvanlarla təmasda olan çobanlardır. Onlardan birində əvvəlcə Sibir yarasından şübhələnsələr də, laboratoriya yoxlanışı bunu təsdiqləməyib.
ABŞ-dan olan ekspertlərin sonradan apardıqları araşdırmalar göstərib ki, alimlər bu yeni virusa əvvəllər rast gəlməyiblər, ona görə də virusun adı yoxdur.
Məlumata görə, Gürcüstanda bu virusa ilk yoluxma halı 2013-cü ilin yayında qeydə alınıb./Trend
-
Sağlamlıq06:46
Bir dəfəyə nə qədər kabab yemək olar? - Dietoloq LİMİT QOYDU
-
Magazin105:45
Sevinc Balidə belə dincəlir - FOTO
-
Dünya05:15
"Titanik"dəki ən varlı adamın saatı rekord qiymətə satıldı - FOTO
-
Kriminal03:43
Çayxana qan gölünə döndü: Muradova 13 bıçaq zərbəsi vuruldu
-
Sosial02:42
Azərbaycanda sabiq polis oğurladığı əşyaları sevgilisinə satdırırmış - VİDEO
-
Sosial01:11
Cəmiyyət açıq-saçıq geyinənlərə necə baxır?: “Bizə çox şey deyirlər, amma..." - VİDEO
-
Qoroskop00:05
Günün ULDUZ FALI: şəxsi münasibətlərdə problemlər ola bilər
-
Magazin127 Aprel 23:50
Xuramandan ŞOK ETİRAF: "Yoxsa onu öldürərdim"