Sağlamlıq
Ayaqları sirkəli suya salın və bütün xəstəliklər sağalacaq
Alma sirkəsinin heyrətamiz faydaları üzə çıxıb.
Publika.az xəbər verir ki, istənilən ərzaq mağazasında ucuz qiymətə satılan alma sirkəsi ilk növbədə aktibakterial və iltihab əleyhinə effektli vasitədir. Xüsusi ilə ayaqları alma sirkəsi əlavə edilmiş suda yumaq ayaq bakteriyalarını aradan qaldırmaqda çox təsirlidir.
Alma sirkəsindən bir neçə məqsədlər üçün istifadə etmək və həyatımızı yaxşılaşdırmaq mümkündür. O, xoşagəlməz qoxuları təmizləyir və orqanizmi bir çox xoşagəlməz xəstəliklərdən qoruyur.
Ən aktual nümunələrini təqdim edirik
Boğazı iltihabını rahatlaşdırır
Alma sirkəsi bakteriyalar və mikroblarla mübarizə aparmaq qabiliyyətinə malikdir. Növbəti dəfə boğazınız qıcıqlananda dörd xörək qaşığı alma sirkəsi ilə bir stəkan isti suyu qarışdırıb qarqara edin. Bütün bakteriyaları öldürmək üçün boğazı hər saat bu məhlulla yaxalayın.
Sinəni sakitləşdirir
Alma sirkəsi aşağı turşululuq səbəbindən sinədə yaranan diskomfort hissini yüngülləşdirir. Təbii alma sirkəsi bu kəsiri dolduracaq və qidanın rahat həzm olunmasına kömək edəcək. Bunun üçün bir stəkan suya 1 çay qaşığı sirkə əlavə edib qarışdırmaq kifayət edəcək.
Burun boşluğunu təmizləyəcək
Alma sirkəsi burun infeksiyalarını da sağaldır. Məsələ ondadır ki, alma sirkəsinin tərkibi B və E vitaminləri, həmçinin kalsium, kalium və maqneziumla zəngindir.
Bütün bu mikroelementlər burun boşluğunun təmizlənməsinə və allergiyaya tutmalarını sakitləşdirməyə kömək edir. Gələn dəfə burnunuz tutulanda 1 çay qaşığı sirkəni bir stəkan suya əlavə edib için. Eyni məhlulu burunuza damcılada bilərsiniz.
Kəpəyi yox edir
Alma sirkəsinin yüksək turşluq dərəcəsi baş dərisinin PH balansını normallaşdırmağa kömək edir, xırda göbələkləri və bakteriyaların yaranmasının qarşısını alır.
Kəpəyə qarşı resept: Bir butulkaya su və sirkə əlavə edin. Məhlulu saçlar nəzərəçarpacaq dərəcədə nəm olana qədər səpin. Daha sonra başınızı dəsmalla bağlayıb 15 dəqiqə saxlayın. Yeri gəlmişkən, bu maska saçları daha da həcmli edəcək.
Aytən
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR