Təraş fırçaları xəstəlik yaradır
Bizi izləyin

Sağlamlıq

Təraş fırçaları xəstəlik yaradır

Fırçada qalıb sonra özünü büruzə verə bilər.

Təraş üçün nəzərdə tutulan köpük fırçası “sibir xorası” deyilən xəstəlik yarada bilər. El arasında “qarayara” adlanan bu xəstəlik, əsasən xəstə heyvanlarla təmas zamanı, eyni zamanda onların yarıbişmiş və ya çiy ətindən, südündən, tükündən, dərisindən emal olunmuş məhsullarından yoluxur.

Publika.az xəbər verir ki, təraş fırçası əsasən at, keçi və başqa ev heyvanlarının tükündən düzəldilir. Təbii ki, süni materialdan düzəldilən fırçalar da var. Bəlkə də bunlar mütəxəssislərin “süni məhsullardan istifadə edin”, deyə tövsiyə etdiyi yeganə məişət vasitəsidir. Sibir xorası xəstəliyinin törədiciləri ətraf mühitə qarşı çox davamlıdır. Yəni aylarla dəridə və ya fırçada qalıb sonra özünü büruzə verə bilər.

Əslində bir neçə dəqiqə kifayət edir ki, dezinfeksiyaedici maddələr bakteriyaları tam məhv etsin. Amma ya tənbəllikdən, ya da ticari səbəblərdən bundan yayınırlar. Çünki dezinfeksiya məhsulları fırçanın rəngini dəyişir, bu da istehsalçıya sərf eləmir.

Hazırda bu risk əvvəlki illərlə müqayisədə çox deyil, çünki yeni nəsil kişilər belə fırçalardan az istifadə edirlər. Amma istənilən halda ehtiyatlı olmaqda fayda var.

Şəfiqə ŞƏFA

Oxumağa davam et
Reklam
Reklam

Gündəm