Sağlamlıq
Ağız qoxusunun 7 SƏBƏBİ: bunları ETSƏNİZ... - FOTO
Ağızdan gələn xoşagəlməz qoxunun müxtəlif səbəbləri olur. Buna bəzən orqanizmdə su çatışmazlığı, bəzən yediyimiz kəskin qoxulu qidalar, bir sıra hallarda isə müxtəlif xəstəliklər səbəb olur. Ağızdan gələn daimi xoşagəlməz qoxu isə, müalicə gərəkdirən xəstəlikdir. Bu xəstəliyin adı qalitozdur. Hazırda dünya əhalisinin 30% faizi qalitozdan əziyyət çəkir.
Publika.az saytı ağızdan gələn qoxunu müəyyən etməyin ən sadə yolları və onun əsas səbəbləri haqda yazını təqdim edir:
Ovcunuzu yalayın
Dilinizin ucu bakteriyanın ən çox toplanan hissəsidir. Bu hissəni ovucunuzun içinə yapşdırıb, 5 saniyə saxlayın. Sonra 10 saniyə gözlədikdən sonra ovucunuzu iyləyin. Əgər qoxu xoşunuza gəlmirsə, demək dişinizi təmizləmək zamanıdır.
Barmağınızı dilinizə sürtün
Bu üsul birincidən də, dəqiq işləyir. Əgər barmağınızı bütün dilin səthinə sürtsəniz, nəticə daha dəqiq olacaq. Barmağı dilinizə sürtdükdən sonra 10 saniyə gözləyin. Sonra dilinizi iyləyin. Bu prosesi həyata keçirərkən çalışın əliniz təmiz olsun. Yoxsa ağız və əlinizin qoxuları bir-birinə qarışacaq.
Təmiz stəkanın içinə nəfəs verin
Şüşə stəkanı ağzınıza maksimal dərəcədə yaxın tutub, içərisinə bir neçə dəfə nəfəs verin. Sonra birdən burnunuzla havanı çəkin. Bu təcrübəni ovucunuzla etməyin, yoxsa əlinizlə ağzınızın qoxusu bir-birinə qarışacaq.
Tənzifdən istifadə edin
Təmiz tənzif parçası ilə dilinizin üstünü silin. Sonra tənzifi iyləyin. Siz danışarkən həmsöhbətlərinizin duyduğu qoxu məhz budur. Həmçinin tənzifin üzərindəki sarı rəng də, sulfidlərin miqdarının artdığından xəbər verir. Bu da, ağızda pis qoxunun ilk səbəbidir.
Ağzınızın ifrazatını toplayın
Adi dəmir qaşıqla dilinizin üzərindəki ifrazatdan biraz götürün. Əgər qaşığın üzərində sarı maddə varsa, demək ki, ağzınızda xoşagəlməz qoxu var.
Diş sapı isə yoxlayın
Dişinizin təmizliyini adi sapa etibar edin. Sonra isə, sapı
iyləyin. Bu iy ağzınızın qoxusudur.
Güzgü ilə yoxlanış
Güzgünün önündə durub, dilinizi bayıra doğru uzadın. Əgər üzərində sarı maddə görürsünüzsə, demək ağzınızdan pis qoxu gəlir. Əgər ağzınızdakı qoxu səhər oyananda sizi narahat edirsə, bir stəkan su içib, qida yolunuzu təravətləndirin. Xoşagəlməz ağız iyinizin səbəbi yediyiniz qidalardırsa, saqqız köməyinizə çatacaq. Digər səbəblər varsa, mütləq həkimə müraciət etmək lazımdır.
Leyla Sarabi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi