Qarşıdakı 40 il ərzində hamı kor olacaq - ELMİ ARAŞDIRMA
Bizi izləyin

Sağlamlıq

Qarşıdakı 40 il ərzində hamı kor olacaq - ELMİ ARAŞDIRMA

İngiltərənin məşhur "Lancet Global Health" jurnalında yayımlanan məqalə mediada geniş müzakirələrə səbəb olub. Yazıda gələcək 40 ildə insanların sürətlə görmə qabiliyyətini itirəcəyi iddia edilib.

Publika.az xəbər verir ki, İngiltərənin Anqlia Ruskin Universitetindən olan mütəxəssis Rupert Bourne tibb sahəsinə, xüsusən də göz xəstəliklərinin müalicəsinə yetərli məbləğdə büdcə ayrılmadığı təqdirdə 2050-ci ildə dünya miqyasında görmə qabiliyyətini itirmiş insanların sayı 36 milyon nəfərdən 115 milyon nəfərə çatacağını deyib.

Tədqiqatlarda 188 ölkə iştirak edib. Araşdırmaların sonunda dünya üzrə görmə qabiliyyətini itirən insanların ən çox Cənubi və Şərqi Asiya ilə Saxaraaltı Afrika ərazilərində olduğu müəyyən edilib.

Anqila Ruskin onu da qeyd edib ki, inkişaf etməkdə olan ölkələrdəki səhiyyə xidmətlərinin keyfiyyət dərəcəsi artırılmalıdır:

"Katarakt və digər göz xəstəliklərinin müalicəsinə, eləcə də eynək təyinatı üçün xüsusi şəraitin yaradılması vacibdir. Gözdə yaranacaq yüngül bir pozuntu belə insanı qismən asılı hala gətirərək həyatına ciddi təsir edə bilər. Yaxşı olardı ki, daha çox cərrah və tibb bacıları bu sahədə maarifləndirilsin və lazım gələrsə səyyar xidmətlər göstərilsin. Bunun üçün də səhiyyə sahəsinə daha çox vəsait ayrılmalıdır".

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm