Özünü heç cür bəlli etməyən diabet simptomları
Bizi izləyin

Sağlamlıq

Özünü heç cür bəlli etməyən diabet simptomları

İkinci tip diabeti həmişə vaxtında aşkar etmək olmur, çünki onun simptomlarını tez-tez digər xəstəliklərin göstəriciləri ilə qarışıq salırlar.

Publika.az xəbər verir ki, insan orqanizmi kifayət qədər insulin ifraz etmədikdə və ya insulin prosesi lazımınca işləmədikdə ikinci tip diabet meydana çıxır. Bu durum böyrək çatışmazlığı, insult və uzunmüddətli fəsadlar yarada, o cümlədən ürək xəstəlikləri riskini artıra bilər.

Belə diabetin əsas əlaməti susuzluqdur. Bu isə ağızda və gözdə quruluq, baş ağrısı, başgicəllənmə, yorğunluq və sidik rənginin tündləşməsinə səbəb olur. Tez-tez yanğı hissi sonuncu simptomdur. Birinci yerdə isə əsəbilik və yorğunluq gəlir. Həmçinin gündə dörd dəfədən az sidiyə çıxan insanların da bədəni susuzluqdan əziyyət çəkir.

Ağır dehidratasiyanın (susuzluq) simptomlarına bunlar daxil ola bilər: Aşağı qan təzyiqi, nəbz və ürək döyüntülərinin zəif olması, eləcə də utancaqlıq duyğusu.

Əgər siz hər zaman susuzluq hiss edirsinizsə, yaxud su içmək arzunuz adi susuzluqdan şiddətlidirsə, bu, orqanizmin düzgün işləməmədiyini göstərir.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm