1970-ci illərin 1 toyuğu 6 müasir broylerə bərabərdir... - ELMİ RƏY
Bizi izləyin

Sağlamlıq

1970-ci illərin 1 toyuğu 6 müasir broylerə bərabərdir... - ELMİ RƏY

Quşçuluqda və heyvandarlıqda tətbiq edilən müasir texnologiyalar demək olar ki, onları 80 faiz kimyəviləşdirir. Belə ki, müasir 6 broyler toyuğunda olan omeqa-3, eyni miqdarda 1970-ci illərin 1 toyuğunda var idi.

Publika.az bildirir ki, Vəhşi Təbiətin Ümumdünya Fondunun (WWF) tədqiqatı çərçivəsində aşkar edilmiş bu fakt haqda The Guardian məlumat yayıb.

Nəşrin məlumatına görə, tədqiqatın müəllifləri düşünür ki, dünyada ət istehlakının artması, yem istehsalına da tələbatı artırır. Xüsusilə soyaya. Soyanın köməyi ilə süni olaraq böyüdülən heyvanlarda insan orqanizmi üçün vacib olan omeqa-3 yox dərəcəsindədir.

Əgər dünyada ətə olan tələbat bugünkü templə artacaqsa, WWF proqnozlaşdırır ki, 2050-ci ildə soyanın istehsalı indikindən 80 faiz çox olacaq.

Heyvanların qidalanmasında bacarığına görə soya, çox güclü təsiri olan möcüzəli bir bitki tərkibli proteindir. Yəni quşların, heyvanların inkişafına inanılmaz təkan verir. Lakin məsələ burasındadır ki, söhbət insan sağlamlığına gəlincə soyanın zərərləri də az deyil.

WWF-in hesablamalarına görə, reallıq belədir ki, orta statistik avropalı hər il təxminən 61 kiloqram soya qəbul edir. Bunu bilavasitə deyil, toyuq əti, donuz əti, pendir, süd və yumurtalardan alır. “Bütün problem heyvanların və quşların soya yaxud kimyəvi vasitələrlə yemlənməsidir”, - deyə WWF-nin hesabatında deyilir.

Zaur H.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm