Süni işıq piylənmə və diabetə səbəb olur
Bizi izləyin

Sağlamlıq

Süni işıq piylənmə və diabetə səbəb olur

Alimlər qapalı məkanlarda süni işıqlandırmanın insanlarda şəkərli diabet və piylənməyə səbəb olduğunu müəyyənləşdiriblər.

Publika.az xəbər verir ki, tədqiqatçıların fikrincə, süni parlaq işıq hormonal sistemin fəaliyyətini dəyişikliklərə məruz qoyur, bu isə insanlarda qidanı fərqli qiymətləndirməyə, ətraf mühitin tənqidlərinə mənfi reaksiya verməyə gətirib çıxarır.

Alimlərin sözlərinə görə, belə işıqlandırma qanda melaninin istehsal səviyyəsini aşağı salır. Bu da insanlarda ürək-damar xəstəlikləri, şəkərli diabet və piylənmə riskini artırır.

Mütəxəssislər qapalı məkanlarda tutqun mavi rəngdən istifadə etməyi məsləhət görürlər. Bu rəng əqli fəaliyyət üçün faydalıdır və gözdə gərginlik yaratmır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm