• USD 1,7000 0,00% EUR 1,9288 0,00%
    • GBP 2,2567 0,00% RUB 0,0264 0,00%

Şabalıdın bilmədiyimiz faydaları

Şabalıdın bilmədiyimiz faydaları

Dadlı və qidalı meyvəsinə, yüksək keyfiyyətli oduncağına görə böyük əhəmiyyət kəsb edən şabalıd qiymətli meyvə bitkisi olmaqla yanaşı, həm də bir çox xəstəliklərin profilaktikasında və müalicəsində əla vasitədir. Şabalıdın meyvəsi karbohidratlar və zülallarla zəngindir.

Publika.az bildirir ki, Azərbaycan Dövlət Aqrar Universitetinin bağçılıq kafedrasının professoru, meyvələrlə müalicə sahəsində uzun illik elmi araşdırmaların müəllifi Zaur Həsənov AZƏRTAC-a müsahibəsində şabalıdın faydaları, bu meyvə ilə qidalanma və ondan müalicə vasitəsi kimi istifadə qaydaları haqqında danışıb.

Zaur Həsənov bildirib ki, şabalıd meyvəsinin ləpəsində nişasta, şəkərlər, zülal, yağ, üzvi (alma və limon) turşular, vitaminlər, fermentlər var. Tam yetişməmiş meyvələrdə 1500 milliqram C vitamini olur.

Təzə halda şabalıd meyvələrinin kaloriliyi hər 100 qram meyvə üçün 166 kilokalori təşkil edir. Şabalıd ləpəsi təzə halda yeyilməkdən başqa qızardılır, suda pörtlədilir, qovrulduqdan sonra üyüdülərək qənnadı məmulatları hazırlamaq üçün unla qarışdırılır. Şabalıd bir sıra milli xörəklərin hazırlanmasında çərəz kimi də işlədilir. Yarpaqlarında qlükozidlər, pektin və dabbaq maddələri, K vitamini vardır. Oduncağı, gövdə qabığı, tumurcuq və yarpaqları 10-16 faiz dabbaq maddələrinə malikdir.

Xalq təbabətində şabalıdın yarpağından, oduncağından, gövdə qabığından, tumurcuğundan hazırlanmış həlim və ya dəmləməsi büzüşdürücü, yarasağaldıcı və yanığa qarşı vasitə kimi istifadə olunur. Eyni zamanda, yarpaq həlimi və ya dəmləməsi daxili qanaxmalar zamanı faydalı sayılır.

Quru meyvə həlimi və yarpaq dəmləməsi yuxarı nəfəs yolları xəstəliyi, təzə yarpaq dəmləməsi isə göyöskürək zamanı işlədilir. Qurudulmuş çiçəklərin spirt məhlulu xroniki dizenteriya və sidik kisəsinin iltihabı zamanı tətbiq olunur.

Təzə meyvə ləpəsi qan damarlarının varikoz genişlənməsi, kəskin ağrılı və xroniki tromboflibit, baldırlarda trofik yaralar, arterit, atreskleroz, xırda qan damarlarının tromboemboliyası zamanı faydalıdır.

Xalq təbabətində qızardılmış meyvələri analığın və qemerroidal qanaxma zamanı istifadə olunur. Şabalıd ləpəsi zəifləmiş orqanizm üçün faydalıdır. Ondan acqarına yeyilməklə qurdqovucu vasitə kimi istifadə edilir.

Şəkərli diabet xəstəliyi olanlara şabalıd məsləhət görülmür.

loading...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
loading...