Sağlamlıq
Dietoloq bitki çaylarının ZƏRƏRLƏRİNİ açıqladı - CİDDİ XƏBƏRDARLIQ
Qışda xəstəliklərin qarşısını almaq və ya qısa müddətdə sağlamlığımızı bərpa etmək üçün şəfa axtardığımız bitki çayları bəzən fayda vermək əvəzinə zərər verə bilər. Odur ki, bitki çayları istifadə edərkən diqqətli olmaq lazımdır.
Publika.az xəbər verir ki, türkiyəli dietoloq Deniz Nadide bitki çaylarının fayda və zərərlərini açıqlayıb.
Cökə
Cökə çayı öskürəyin azalmasına kömək edə bilər. Flavonoid tərkibi sayəsində iltihabı aradan qaldırır və bədənin müqavimətini artıraraq müalicəyə kömək edir. Yuxusuzluq və stress üçün də yaxşıdır. Cökə çayını mixək, darçın çubuğu, dəfnə yarpaqları, təzə zəncəfil, heyva və heyva toxumları ilə birlikdə dəmləyə bilərsiniz.
Cökə çayı qan durulaşdırıcı təsirindən dolayı qanaxmaya səbəb ola bilər. Odur ki, hamiləlik dövründə istifadə edilməməlidir. Dərman bitkisi olması səbəbindən istifadə etməzdən əvvəl həkiminizlə məsləhətləşin.
Zəncəfil
Zəncəfil soyuqdəymə və qızdırmaya qarşı təbii müalicə vasitəsidir. Qanda şəkərin səviyyəsini tarazlamağa, ödəmi aradan qaldırmağa, pis xolesterini azaltmağa və mədə ağrılarını yüngülləşdirməyə kömək edir. Təzə zəncəfili darçın, portağal qabığı və mixəklə birlikdə dəmləyib için.
Psoriaz və ya öd kisəsi xəstəliyi varsa, çox miqdarda zəncəfil istifadəsi qanaxmaya səbəb olacaq. Zəncəfilin doğmamış körpənin inkişafına mənfi təsir göstərdiyinə dair bir çox araşdırma da var. Zəncəfil qanda laxtalanma pozğunluğu olan insanların istifadə etdiyi dərmanların təsirinə müdaxilə edir. Odur ki, eyni anda birdən çox dərman qəbul edirsinizsə, həkiminizlə və ya dietoloqla məsləhətləşmək vacibdir.
Adaçayı
Tərkibində cineol yağı olduğu üçün təbii antibiotik rolunu oynayır. Boğaz infeksiyalarına qarşı olduqca effektlidir və yaxşı müalicə edir. Bir çay qaşığı təzə adaçayını bir stəkan suda 10 dəqiqə dəmləyin. Dəmləmə müddəti başa çatdıqdan sonra bitkini daha çox suda saxlamayın, süzüb ayırın. Gündə 2-3 dəfə qarqara edə bilərsiniz. Həmçinin 1 aydan çox olmayaraq hər gün 1 stəkan adaçayı da içə bilərsiniz.
Mədə və onikibarmaq bağırsaq xorası olan insanlar, hepatit və kəskin qastrit xəstələri hamilə və ana südü ilə verən anaları istifadə etməməlidirlər, çünki tərkibində hamiləliyin pozulması riskini artıran müəyyən maddələr var. Epilepsiya xəstələri də adaçayı içməməlidirlər, sübut olunub ki, artıq adaçayı istifadəsi beynin toksik maddələr ifraz etməsinə səbəb olur.
Çobanyastığı
Çobanyastığı çayının tərkibindəki apigenin aktiv maddəsi menstural dövrü rahatlaşdırır. Mədə xoralarına kömək edən bir çox maddələrdən ibarətdir. Qaraciyər metabolizmasının fəaliyyətini və bədənin detoksifikasiyasını dəstəkləyən vasitələrdən biridir. Menstruasiya dövrü hər gün tox qarına bir stəkan çobanyastığı çayı dəmləyin və için.
Çobanyastığı çayı bəzi allergik reaksiyalara səbəb ola bilər, odur ki, qan durulaşdırıcı dərmanlarla birlikdə istifadə etməyin. Hamiləlik və laktasiya dövründə istehlak etməzdən əvvəl mütləq həkiminizlə məsləhətləşin. Uşaqlar və körpələr istifadə etməməlidir.
Qurudulmuş albalı sapı
Albalı sapı unikal kimyəvi quruluşu və əla biokimyası sayəsində terapevtik məqsədlər üçün istifadə edildikdə daha güclü təsir edir. Albalı duz balansına təsir etmədən bədəndən artıq suyu xaric edir, eyni zamanda qanın durulaşmasına kömək edir. Səhər acqarına bir ovuc albalı yemək zərərli xolesterinin mənfi təsirlərinə qarşı yaxşı mübarizə aparır, triqliseridləri və xolesterini balansda saxlayır.
İstər toksinləri atmaq, istərsə də qan dövranı pozğunluğunun qarşısını almaq üçün 1 litr suya təxminən 1 ovuc albalı töküb ağzı bağlı qabda 7 dəqiqə qaynadın. Qaynama müddəti bitdikdən sonra süzün və bir şüşədə soyudun. Yeməkdən yarım saat əvvəl və ya yeməkdən 2 saat sonra gündə yalnız bir stəkan içə bilərsiniz. 1 həftədən sonra 3 gün fasilə verin, digər həftə yenidən tətbiq edin və müalicəni bitirin. Albalı saplarını isti suda yuymayın, soyuq su ilə yaxalayın.
Qan durulaşdırıcı və ödəm atıcı təsirindən dolayı davamlı olaraq istifadə edilməməlidir. Uşaqlar, hamilə və uşaq əmizdirən analarına albalı sapı çayı içmək olmaz. Əmizdirən analarda südün ləzzətini dəyişdirə və ya körpə biraz təsirlənə bilər.
Yaşıl çay
Yaşıl çay soyuqdəymə və qrip infeksiyasına qarşı müalicəvi təsir göstərir, eyni zamanda həzmi yaxşılaşdırıb orqanizmdən toksinlərin çıxarılmasına kömək edir, mədəni qoruyan polifenolik birləşmələri ehtiva edir, xərçəng xəstəliyinin yaranma riskini aşağı saldığına dair elmi araşdırmalar var. Yaşıl çaydan maksimum yararlanmaq üçün yaşıl çay yarpaqlarını 90 dərəcə suda 2 dəqiqə saxlaya bilərsiniz. Yaşıl çayı alma, limon, mixək, təzə nanə, darçın çubuğu və bal ilə qarışdıraraq dəmləmək daha effektivdir.
Yaşıl çayın həddindən artıq istifadəsi xüsusilə hamilə qadınlar üçün təhlükəlidir, həkimə müraciət etmədən istifadə edilməməlidir. Bundan əlavə, yaşıl çay çox içilərsə, bədəndən lazım olduğundan mayeni atır, kalsium ifrazına təsir göstərə və osteoporoz kimi sümük xəstəliklərinə səbəb ola bilər. Qan təzyiqi dərmanların təsirini artıra bilər, odur ki, yaşıl çay qan təzyiqi xəstəliyindən əziyyət çəkənlər üçün zərərlidir.
Aytən Məftun
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO
-
MDB22 Noyabr 21:51
Bu şəxslər Rusiya vətəndaşlığından məhrum ediləcəklər - Sabahdan...