Sağlamlıq
Payız yorğunluğu: Şirniyyat istəyi hansı xəstəliklərdən xəbər verir?
Payızda tez yorulmaq, üşümək və davamlı şirniyyat yemək istəyi bəzən sadəcə gün işığının azalması ilə deyil, sağlamlıq problemləri ilə də bağlı ola bilər.
Publika.az xəbər verir ki, bu barədə həkim-terapevt, dietoloq Svetlana Jernova “Gazeta.ru”ya açıqlamasında bildirib.
Onun sözlərinə görə, bu əlamətlər birlikdə qiymətləndirilməli, zərurət olduqda qalxanabənzər vəzinin funksiyasını, dəmir çatışmazlığını və digər mümkün problemləri müəyyənləşdirmək üçün müayinələr aparılmalıdır.
Həkim qeyd edib ki, qalxanabənzər vəzinin kifayət qədər hormon istehsal etmədiyi hipotireoz zamanı maddələr mübadiləsi yavaşlayır. Bu halda yorğunluqla yanaşı, yuxululuq, dərinin quruması, soyuğa həssaslıq və diqqəti cəmləməkdə çətinlik yarana bilər.
Xüsusilə doyumlu yeməkdən qısa müddət sonra şirniyyat yemək istəyinin yaranması, bunun halsızlıq və çəki artımı ilə müşayiət olunması insulin müqaviməti ilə əlaqəli ola bilər.
Jernovanın sözlərinə görə, payızda soyuq hava və isitmə sistemləri səbəbindən dəri daha quru ola bilər. Saç tökülməsinin artması isə bəzən mövsümi dəyişikliklərlə bağlıdır.
Bununla belə, güclü saç tökülməsi bir neçə ay əvvəl keçirilmiş infeksiyadan, ağır stressdən, əməliyyatdan və ya əhəmiyyətli çəki itkisindən sonra da meydana çıxa bilər.
Müəllif: Adəm
-
Hadisə17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı
-
Rəsmi xronika14:37İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - YENİLƏNDİ
-
İdman14:10Ailəm bütün bunlardan çox əziyyət çəkib - Messi şikayətləndi
-
Dünya12:43İngiltərədən əhaliyə təcili xəbərdarlıq: 3 günlük ərzaq və su ehtiyatı yığın
-
Region12:17İrəvanda əcnəbiləri daşıyan avtobus aşdı - Xeyli xəsarət alan var
-
Sosial11:36Azərbaycanın Milli Qəhrəmanı Gürcüstanda saxlanıldı - FOTO













.jpg)











.jpg)














