Sağlamlıq
Xoşagəlməz ağız qoxusundan xilas olmağın ƏN SADƏ YOLU
Ağız qoxusu ünsiyyət qurmaqda ən böyük əngəldir. Lakin bunu aradan qaldırmaq, əslində, düşündüyünüz qədər çətin deyil.
Publika.az bildirir ki, ağız qoxusuna qarşı çox sadə həll variantıları var. Məsələn, ağız qoxusu həm dildəki bakteriyalardan, həm də mədədə olan problemlərdən qaynaqlana bilər. Bir çox xəstəliyin əlaməti olan bu problemə qarşı ən təsirli yollardan biri də qatıqdır. Nə qədər qəribə görünsə də, qatıq ağız qoxusunu yox etməkdə çox effektlidir.
Qatığın içində olan prebiyotik maddələr ağız qoxusuna neytrallaşdırıcı təsir göstərir və qoxuya səbəb olan bakteriyaları məhv edir.
Qatıq, xüsusilə, turşu maddələrinin səbəb olduğu ağız qoxusuna qarşı çox təsirlidir. Qatıq mütəmadi olaraq istehlak edildikdə bu problemi birdəfəlik aradan qaldırmaq olur.
Unudulmamalıdır ki, diş əti xəstəlikləri, qaraciyər və ya ağciyər problemlərindən qaynaqlanan ağız qoxusunu aradan qaldırmaq çətin məsələdir. Bu xəstəliklər müalicə olunmasa, qatığın və təklif olunan digər vasitələrin ağız qoxusuna qarşı heç bir təsiri olmayacaq. Bu səbəbdən ağız qoxusu keçməsə, mütləq həkimə müraciət etməyiniz məsləhət görülür.
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO




































