• USD 1,7000 0,00% EUR 1,8737 -0,56%
    • GBP 2,0988 -0,34% RUB 0,0214 0,00%

Bayram günləri ilə bağlı VACİB XƏBƏRDARLIQ

Bayram günləri ilə bağlı VACİB XƏBƏRDARLIQ

“Təbii ki, il boyu çalışan insan haqlı olaraq istəyir ki, bayram günlərindən maksimum faydalansın. Doyunca yatsın, yesin və s. Amma təəssüf ki, bayramdan sonra bütün bunlar bizə artıq çəki olaraq geri gəlir və başağrısı yaradır. Buna görə də bayram ərəfəsində müəyyən qaydalara riayət etməklə sonrakı müddətdə də tərəzidə özümüzü sevindirə bilərik”.

Bu sözləri Publika.az-a açıqlamasında dietoloq Tutu Zeynalova deyib. O, bayram günlərində düzgün qidalanmanın vacibliyini qeyd edib:

“Tətildə olduğumuzdan yuxudan daha gec oyanırıq və axşam bayram süfrəsində çox yemək üçün gün ərzində ac qalırıq. Bu, birinci səhvimizdir. İlk qayda bundan ibarətdir ki, yuxudan saat neçədə oyansaq da, mütləq günə 1-2 stəkan su ilə başlayaq. Çünki bədənimizin xaricdən duşa ehtiyacı olduğu kimi, daxildən də ehtiyacı var. Oyandıqdan yarım saat sonra mütləq səhər yeməyi yeyək. Yulaf sıyığı, yaxud yoqurta yulaf əlavə etmək, kəsmik və s. ilə yüngül səhər yeməyi yeyək. Gec oyandığımızdan günorta yeməyini buraxmaq olar. Onun əvəzinə meyvə, yanında qatıq və yaxud kefirdən istifadə, bitki çayı, südlü qəhvə və s. kimi ara öyün istifadə etmək olar. Axşam yeməyini isə çalışaq ki, saat 8-dək bitirək. Bu halda həm günə gec başladığımızdan metabolizmamızın zəifləməməsini təmin edəcəyik, həm də gün ərzində kalori miqdarına diqqət yetirəcəyik. Bu günlərdə çalışaq, şirniyyatdan mümkün qədər az istifadə edək. Çünki yeməklər boldur, şirniyyat da üstəlik həzmə mənfi təsir göstərir”.

Dietoloq həm həzm prosesində problem yaşamamaq, həm də artıq çəki almamaq üçün bayram süfrəsində nələrə diqqət etməyimizi vurğulayıb:

“Bayram günü səhər yeməyini tez yesək, günorta şorba və ya tərəvəzlərdən ibarət salat yeyə bilərik. Axşam yeməyini isə yemək çeşidi çox olduğundan çalışaq salatlarımızı mayanezsiz edək. Məsələn, bayram süfrəsində mayanezsiz hər hansı salat, sevdiyiniz ət – yaxşı olar ki, balıq, toyuq əti olsun və yanında sevdiyiniz qarnir istifadə edə bilərsiniz. Burada yeməklərin hazırlanma qaydası çox vacibdir. Məsələn, yağda deyil, daha çox sobada, manqalda hazırlanmış yeməklərə üstünlük verək. Çörəkdən istifadə etməmək yaxşı olar. İçki olaraq su daha məsləhətlidir. Tətil günlərində ən az çəkimizin 3 mislində su istifadəsinə mütləq şəkildə diqqət yetirməliyik. Onsuz yeməyi normadan artıq yeyirik, bunun da üzərinə meyvə suları və ya qazlı içkilər lazımsız kalori gətirir. Bu isə davamlı yemə istəyimizi artırır və artıq çəki gətirir. Desert olaraq, çox kiçik pors meyvə və ya südlü şirniyyatlar istifadə edə bilərik.

Bundan əlavə bayram süfrəsində və sonrakı günlərdə çalışaq ki, yediklərimizi çiynəyək. Çünki biz uduruq, bütün yeməklərin dadına baxmaq təlaşında çiynəmədən udmaq həzmsizlik, diskomfort yaradır”.

T.Zeynalova axşam spirtli içki qəbulundan sonra edilən səhvlərdən də danışıb:

“Çalışaq ki, az spirtli içki qəbul edək. İstifadədən sonra bol su içək ki, səhəri gün başağrısı ilə oyanmayaq. Əksər şəxslər spirtli içkidən sonra, özlərini daha gümrah hiss etmək üçün səhəri gün qəhvə içirlər. Əslində qəhvə də sidikqovucu effektə malik olduğu üçün yaxşı olar ki, əvəzinə bol su istifadə edək”.

Dietoloqun sözlərinə görə, bayramdan sonra da qidalanmamıza, eyni zamanda fiziki aktivliyimizə diqqət yetirməliyik:

“Bayramdan sonra da seçimimiz bol proteinlə zəngin qidalar olsun. Yəni, kəsmik, kefir, qatıq, ayrandan istifadə etmək olar. Bundan əlavə probiotiklərin istifadəsini tövsiyə edirəm. Probiotikləri hətta bioloji əlavə olaraq da ala bilərsiniz. Həm bağırsaqlarınızda faydalı bakteriyaların sayını artıracaq, həzminizə yardımçı olacaq, həm də qismən artıq çəki probleminin qarşısını alacaq.

Yuxu rejiminə, ən əsası isə fiziki aktivliyə diqqət yetirək. Bayramda normadan artıq yeyirik. Yeməkdən sonra yarım saat, 45 dəqiqə təmiz havada gəzin. Növbəti günlər də baş çəkəcəyiniz ünvanlara piyada gedin. Gün ərzində 90 dəqiqə piyada gəzə bilsəniz, çox yaxşı olar. Ac halda qonaq getməyin, onlara təam olaraq şirniyyat aparmayın.

Hamının Yeni ilini təbrik edirəm. Arzu edirəm ki, 2020-ci il hər kəsə uğur gətirsin, bol qazanclı olsun. Ən azından çəkisindən narazı olan insanlar üçün istədiyi ölçüdə geyimlər alacağı il olsun. Yəni qarderobu dəyişsinlər və tərəzidə istədikləri rəqəmi görsünlər. Ən əsası isə cansağlığı və özümüzü sevməyimizdir”.

Sevinc Xanqızı

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR