Sağlamlıq
Ən zərərli səhər yeməyi açıqlandı - - VİDEO
Video əlavə olunub.
***
Doyumlu səhər yeməyi gün ərzində enerji dolu olacağınıza və planlaşdırdığınız hər şeyi yerinə yetirəcəyinizə dair zəmanət verir. Ancaq bütün bunlarla birlikdə səhər yeməyində bütün məhsulların uyğunluğu vacibdir. Onlardan bəziləri ya kifayət qədər qidalandırıcı deyil, ya da orqanizmi tam doyura bilmir.
Publika.az xəbər verir ki, qidalanma mütəxəssisi Syuzi Barrell səhər menyusuna uyğun olmayan zərərli məhsulları açıqlayıb.
Avstraliyalı dietoloqun fikrincə, mayasız, çörək sodası, qabartma tozu qatılmadan hazırlanan lavaş səhər üçün ideal seçim deyil. Mütəxəssis hesab edir ki, insan səhhəti üçün xüsusilə zərərli olan bu məhsulun 100 qramında təxminən 80 qram karbohidrat olur ki, insan sağlamlığı üçün son dərəcə zərərlidir, xüsusilə səhərlər. Ayrıca bu məhsul qanda qlükoza səviyyəsini əhəmiyyətli dərəcədə artırır və şəkər xəstəliyinin inkişafına təkan verir.
Səhərlər nə yemək olmaz?
Səhərlər xüsusilə uşaqlar xırtıldayan yarmanı südlə qarışdırıb yeyir. Reklamlarda bu məhsul səhər yeməyi kimi təqdim olunsa da, mütəxəssis iddia edir ki, onlar faydasızdır. O, əmindir ki, xırtıldayan dənli bitkilərdə qidalandırıcı liflər çox azdır. Odur ki, bu məhsul çətin ki, nahara qədər bizə enerji versin və tox saxlasın.
Şirin lopa yarmalarının əvəzinə dietoloq şəkərsiz, amma bal və meyvə əlavə edilmiş yarmalar yeməyi məsləhət görür. Balın təbii, meyvələrin təzə doğranmış olmasına diqqət edin. Hər kəs bilməlidir ki, mağazadan alınan hazır məhsullar ev xörəyi qədər faydalı ola bilməz.
Dietoloq donuz ətinin tərkibində çox miqdarda zərərli yağlar olduğunu vurğulayıb. Ancaq əlavə edib ki, taxıl çörəyi yeyərək artıq yağları zərərsizləşdirə bilərsiniz.
Aytən Məftun
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO
-
MDB22 Noyabr 21:51
Bu şəxslər Rusiya vətəndaşlığından məhrum ediləcəklər - Sabahdan...