Bu dərmanlar kişiləri koronavirusdan xilas edə bilər
Bizi izləyin

Sağlamlıq

Bu dərmanlar kişiləri koronavirusdan xilas edə bilər

Testosteron ifrazına maneə törədən antiandrogenik dərmanların qəbulu kişilərdə koronavirus infeksiyası nəticəsində ölüm riskini azaldır.

Publika.az xəbər verir ki, bu barədə Avropa Tibbi Onkologiya Cəmiyyətinin (ESMO) mətbuat xidməti məlumat yayıb. Mütəxəssislərin fikrincə, kişilərin infeksiyaya həssaslığı cinsi hormonların işi ilə əlaqəlidir.

Dərmanların oxşar xüsusiyyətlərini koronavirus xəstəsi olan xərçəng xəstələrinin sağlamlıq vəziyyətini müşahidə edən həkimlər aşkar edib. Halbuki elm adamları kişilərin yoluxma ehtimalının daha yüksək olduğunu və COVID-19-u daha ağır keçirdiklərini təsdiqləyib.

Luqano Universitetinin professoru Andrea Alimontinin dediyinə görə, bu cinsiyyət orqanlarının işi ilə bağlı ola bilər.

“Ümid edirəm ki, müşahidələrimiz COVID-19 ilə mübarizə aparan digər mütəxəssisləri antiandrogenlərdən istifadə edərək klinik tədqiqatlar aparmağa ruhlandıracaq”, - deyə ESMO-nun mətbuat xidmətindən bildiriblər.

Alimlər Venesiya sakinlərində on minlərlə koronavirus infeksiyası hadisəsini təhlil edib, virusa yoluxanların təxminən 10%-i müxtəlif xərçəng formalarından əziyyət çəkib. Tədqiqatlar antiandrogen dərman qəbul edən xəstələrin digər xərçəng xəstələrinə nisbətən dörd-beş dəfə az öldüklərini, eyni zamanda viral infeksiyanın gedişatına daha asanlıqla dözdüklərini ortaya qoyub.

Mütəxəssislərin fikrincə, bu, TMPRSS2 protein konsentrasiyasını azaldan dərmanların işi ilə əlaqədardır (prostat xərçənginin inkişafında və koronavirusun bədənin digər orqanlarına yayılmasında iştirak edir).

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm