Alimlər qocalma prosesini sürətləndirən amilləri açıqladı
Bizi izləyin

Sağlamlıq

Alimlər qocalma prosesini sürətləndirən amilləri açıqladı

İspaniyanın Navarra Universitetinin tədqiqatçıları qocalmaya səbəb olan məhsulları açıqlayıb.

Publika.az xəbər verir ki, bu barədə “La Vanguardia” portalı məlumat yayıb. Bildirilib ki, tədqiqatda 57-91 yaş arasında 886 nəfər iştirak edib. Alimlər müəyyənləşdiriblər ki, ultra rəfinə edilmiş qidaların yüksək istehlakı hüceyrə telomerlərini qısaldır. Telomer DNT liflərinin uçunda xromosomlarımızı qoruyan başlıqlardır - ayaqqabı bağlarının ucundakı plastiklər kimi. Yaşa dolduqca bu buferlər yeyilir və xromosomlar müdafiəsiz qalır. Tədqiqatçılar bildirib ki, rəfinə edilmiş hazır qidalar bu prosesi sürətləndirir. Bu isə xromosomların yanlış şəkildə artmasına və beləliklə problemlərə səbəb olur.

Ultra rəfinə edilmiş qidalarda bir çox əlavələr var, məsələn, kimyəvi qatqılar, boyaq maddələri, emulsifikatorlar, konservantlar və digərləri. Bunlara qazlı və alkoqolsuz içkilər, kolbasa, hamburger, sənayedə bişmiş ərzaqlar, südlü çörəklər, südlü desertlər, bir çox şirin səhər yeməyi, dənli bitkilər və ya pizzanı misal çəkmək olar. Onların yüksək istehlakı - gündə üçdən çox porsiyası telomerləri qısaldır və yaşlanma prosesini demək olar ki, yarıya qədər sürətləndirir.

Petrozavodsk Dövlət Universitetinin alimlərinin apardığı tədqiqatda isə məlum olub ki, gecələr həddən artıq işıqlandırılma yaşlanmanı sürətləndirir və ömrü qısaldır. Alimlər bir sıra tövsiyələrə əməl olunarsa, qocalma prosesinin yavaşlayacağı qənaətinə gəlib.

Aşağıdakı göstərişlər melatoninin (yuxu hormonu) sintez sürətini artıracaq:

Triptofanla zəngin qidalar yeyin: banan, hinduşka, toyuq, pendir, qoz-fındıq, kətan toxumu.

Tərkibində B3, B6, kalsium və maqnezium olan pəhriz əlavələri qəbul edin.

Yatmazdan əvvəl kofein, spirt, nikotin istifadə etməyin - bunlar melatoninin sintezini azaldır.

Gün ərzində kifayət qədər günəş şüası qəbul etməlisiniz, gecələr isə tam qaranlıq lazımdır.

Maksimum melatonin saat 02: 00-da meydana gəlir.

Yuxu müddəti ən azı yeddi saatdır.

Müəlliflər ümid edirlər ki, apardıqları araşdırmanın nəticələri “yaşlılıq üçün həb” yaratmağa imkan verəcək.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm