Sağlamlıq
Erkən ölümün qarşısını almaq üçün ən effektiv üsul açıqlandı
London İmperial Kolleci və Kembric Universitetinin alimləri velosiped idmanını vaxtından əvvəl ölüm riskini azaldan ən təsirli yol adlandırıb.
Publika.az xəbər verir ki, tədqiqatın nəticələri “Medical Xpress”də yayımlanan press-relizdə açıqlanıb. Mütəxəssislər 1991-ci ildən 2016-cı ilə qədər 300 min insanın sağlamlıq vəziyyətini və həyat tərzini izləyib. Məlum olub ki, avtomobil istifadə edənlərə nisbətən velosipedlə işə gedənlərdə erkən ölüm nisbəti 20 faiz, ürək-damar xəstəliklərindən ölüm halları isə 24 faiz azdır. Xərçəngdən ölüm 16 faiz, xərçəng diaqnozu qoyulan xəstələrin sayında isə 11 faiz azalma müşahidə olunub.
Maraqlıdır ki, piyada gəzinti velosiped sürməkdən az effektli olub. Piyadalarda xərçəng xəstəliyinə tutulanların sayı yeddi faiz az olub, ancaq gəzinti ilə ürək-damar xəstəlikləri arasındakı əlaqə etibarlı şəkildə müəyyən edilə bilməyib.
Tədqiqatçılar qatar sərnişinləri arasında da ölüm hallarının azalmasını müşahidə edib. Bu qrupda vaxtından əvvəl ölüm riski 10 faiz, ürək-damar xəstəliklərindən ölüm 20 faiz, xərçəng xəstələrinin sayı 12 faiz azalıb. Bunun səbəbi insanların dəmir yolu stansiyalarına piyada getmələri və hesablanmamış amillərə daha az meyl göstərmələri ola bilər.
Aytən Məftun
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO