Sağlamlıq
Hava proqnozu - 21 iyul
Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir
tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Temperaturun gecə
20-25° isti, gündüz 29-34° isti, Bakıda gecə 23-25° isti, gündüz
31-33° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunu, nisbi rütubət
gecə 65-75 faiz, gündüz 50-60 faiz təşkil edəcək.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt,
Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə
24-25° isti, Zağulba, Mərdəkan, Şüvəlan, Buzovnada 25-26° isti,
Türkan, Hövsan, Şıx, Sahildə 26-27° isti olacaq.
Naxçıvan Muxtar Respublikasında əsasən yağmursuz keçəcək, lakin
axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı
ehtimalı var. Havanın temperaturu gecə 18-23° isti, gündüz 31-36°
isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı,
Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında gündüz,
əsasən, yağmursuz olacaq. Lakin axşam və gecə bəzi yerlərdə şimşək
çaxacağı, yağış yağacağı gözlənilir. Havanın temperaturu gecə
11-16° isti, gündüz 20-25° isti olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
rayonlarında əsasən, yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə
şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Havanın
temperaturunun gecə 18-23° isti, gündüz 29-34° isti olacağı
gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu,
Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba,
Xaçmaz, Qusar rayonlarında gündüz, əsasən, yağmursuz keçəcək. Lakin
axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı
gözlənilir. Havanın temperaturunun gecə 17-22° isti, gündüz 27-32°
isti olacağı gözlənilir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli,
Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan,
Hacıqabul, Salyan, Neftçala rayonlarında əsasən, yağmursuz olacağı,
temperaturun gecə 20-25° isti, gündüz 31-36° isti olacağı
gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında əsasən,
yağmursuz keçəcək. Havanın temperaturu gecə 20-25° isti, gündüz
29-34° isti, dağlarda gecə 13-18° isti, gündüz 23-28° isti olacağı
gözlənilir.
-
Qarabağ 13:50
Polis Xankəndidə xüsusi əməliyyat keçirdi - Anbaan görüntülər
-
Qarabağ 13:05
ANAMA-nın əməkdaşı Şuşada minaya düşdü - TƏCİLİ
-
Magazin111:53
“Mənə intim təkliflər edib, əmr verirlər” - Faiq Ağayev
-
Magazin111:28
“50 yaşında kişiyə ərə getmək istəyərəm” - VİDEO
-
İdman10:38
Bellinqemin yeni uğuru: Özündən 4 yaş böyük modeli ovsunlayıb - FOTOLAR
-
Sosial09:30
Mağazadan qovulan qadınla bağlı QORXUNC AÇIQLAMA: “Onu zorla...”
-
ABŞ08:29
Bir anlıq intihar barədə düşündüm, amma... - Baydendən gözlənilməz ETİRAF
-
Sağlamlıq08:17
Valideynlərin NƏZƏRİNƏ: Son günlər azyaşlılar arasında yayılan yeni virusun simptomları