ÜST-dən koronavirusa ikinci dəfə yoluxma ilə bağlı AÇIQLAMA
Bizi izləyin

Sağlamlıq

ÜST-dən koronavirusa ikinci dəfə yoluxma ilə bağlı AÇIQLAMA

COVID-19-dan sağalmış şəxslərin yenidən virusa yoluxub-yoluxmamasına dair tam cavab yoxdur.

Publika.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının COVID-19-a qarşı mübarizə komandasının rəhbəri Mariya Van Kerkove məlumat yayıb.

Baş katib Tedros Adhanom Qebreyesusla birgə mətbuat konfransında iştirak edən Kerkove bildirib ki, bu mövzuda araşdırmalar aktiv şəkildə davam etdirilir.

O, keçmişdə SARS koronavirusuna yoluxanlarda xəstəliyə qarşı antikor yarandığını ifadə edərək bu xəstələrin 12 ay və ya daha çox müddət virusa qarşı immun sistemi qazandığını qeyd edib: “Qripdə immun sisteminin müddəti daha qısadır. Dolayısı ilə COVID-19-un bir insana ikinci dəfə yoluxub-yoluxmamasına dair tam cavabımız yoxdur”.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm