Sağlamlıq
Türk həkimdən ŞOK ETİRAF: “Xəstələrin ölmələrinə qərar verirdik...”
ABŞ koronavirus pandemiyasının ən çox təsir göstərdiyi ölkələrdən biridir. Lazımi tədbirləri görmədikləri üçün təxminən 150 min insanın virus qurbanı olduğu ölkədə epidemiyanın ilk dövründə ən böyük zərər görən ştatlardan biri olan Nyu-Yorkda işləyən türkiyəli həkim Sine Aras Akten bu dövr ərzində gördüklərini kitaba çevirib.
Publika.az xəbər verir ki, Akten Bruklindəki 500 çarpayılıq Woodhull HHC/New-York Universitetində nefroloq olaraq işləyir.
Onun "Bir Türk həkiminin korona gündəliyi" kitabı Türkiyədə işıq üzü görüb. Kitabda doqquz xəstənin hekayəsi qeyd edilib:
“Yazdığım hekayələr gerçəkdir, povestdə bir az fantastika var. Epidemiyanın ilk günlərində - mart ayında dializ cihazları və ventilyator, tibb işçilərini qorumaq üçün maska kimi bütün avadanlıqların verilməsi 15 gün gecikdi. Xəstələrin sayı çox olduğu üçün çox çətinlik çəkdik. Heç vaxt həyatımda belə çətin bir şey yaşamamışam. Bir xəstəyə dializ edirdik, başqa bir xəstə qalırdı. Xəstələr arasında seçim edirdik. Sağalacağı sual altında olan xəstələrə nə dializ, nə də bir respiratoru belə tövsiyə etmədik. Biz bəzi insanların ölümünə qərar verdik. Buna görə səhiyyə işçilərimizin ən böyük dərdi məhz bu oldu".
Sine Aras Akten qeyd edib ki, özü də bu müddət ərzində virusa yoluxub: “Yüngül qızdırmam var idi və oxu hissimi itirmişdim. Maska taxdım və hər cür ehtiyat tədbirləri görərək vəzifəmi davam etdirdim. İstirahət müddətim yox idi”.
Həkim hekayədə ən çox təsirləndiyi hissədən də bəhs edib: “Yazdığım hekayələr arasında ən çox heyran qaldığım hissə Kuk Carolyn adlı xanım xəstəm idi. O, xəstəxanamızda çalışan tibb bacısının anası idi. Biz onu xilas edə bilmədik. O, çox əzab çəkirdi, nəfəs ala bilmirdi və mənim əllərimdə can verdi. Kitabı yazmağımın səbəbi də məhz bu hekayə idi. Bu müddətdə çox sayda xəstə və həkim dostumuzu itirdik. Ancaq qadın həkim həmkarımın intiharı mənə çox təsir etdi. Heç bir psixi gərginliyi olmayan müvəffəqiyyətli təcili yardım həkimi bu cür əlacsız itkilərdən narahat ola bilməzdi və özünü çox pis hiss edirdi. O, "xəstələrə heç nə edə bilmirik, əllərimizdə çarəsizcə ölürlər", deyərək öz canına qıydı”.
Akqabay Mıradov
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO