Sağlamlıq
“Bəzi gənclər qol və biləklərinə maska taxıb ...” - Həkimdən İRAD
“Dünəndən qeyri-ərzaq mallarının satışını həyata keçirən ticarət obyektlərinin, iri müəssisələrin və müxtəlif istehsal sahələrinin fəaliyyəti bərpa olunub.Vətəndaşlara əks epidemik davranışlara riayət etməyi tövsiyə edirəm”.
Bunu Publika.az-a açıqlamasında Azərbaycan Tibb Universitetinin (ATU) dosenti Ədalət Rüstəm deyib.
O bildirib ki, qapalı məkanlarda maska taxmaq, sosial məsafəni gözləmək və mütəmadi gigiyena qaydalarına əməl etmək vacibdir: “Vətəndaşlar bu qaydalara riayət etməlidrlər. Ancaq bəzi gənclər məsuliyyətsizlik nümayiş etdirirlər. Qollarına, biləklərinə maska keçirib küçədə gəzirlər. Az qalırlar ki, maskanı ayaqlarına da taxsınlar, yalnız ağız hissələrinə taxmırlar. Xeyli insan da maskanı çənələsinə taxır.
İnsanlar başa düşməlidirlər ki, hava-damcı infeksiyası tənəffüs yollarından keçir və ağız, burun hissə mütləq örtülməlidir. Əgər belə davam edərsə yumşalmalardan sonra virusa yolxumalar yenidən arta bilər. İnsanlar məsuliyyətsizlik nümayiş etdirsələr, virus 2 həftədən sonra yenidən zirvəyə qalxacaq. Dövlət müvafiq tədbirlər görür, təbliğat işləri davam etdirilir. Mən diqqət edirəm ki, insanlar qapalı məkanlara maska ilə daxil olurlar. Amma içəridə sanki bir-birləri ilə sözləşibmiş kimi maskanı çənəyə endirirlər. Əksinə, vətəndaşlar açıq havada, insanların az olduğu yerlərdə maska taxmaya bilərlər. Amma qapalı müəssisələrdə mütləq maska taxılmalıdır”.
Akqabay Mıradov
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR